Qorxmaz Hüseynovun yaxın kadrı həbs olundu

Qorxmaz Hüseynovun yaxın kadrı həbs olundu 

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sabiq sədri Qorxmaz Hüseynovun ən yaxın kadrlardan biri Elman Məmmədov və onun cinayət ortağı - qurumun kommersiya departamentinin rəisi Xanvər Abbasov saxlanılıb.

Bu barədə Musavat.com məlumat yayıb.

Qeyd edilir ki, Elman Məmmədov 2012-ci ilin sonlarından “Azərsu” ASC nəzdində yaradılan Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin rəhbərliyinə təyinat alıb. Müdiriyyətin yaradılmasında məqsəd aparılan tikinti işlərinin təsdiq edilmiş layihə-smeta sənədlərinə uyğun həyata keçirilməsinə nəzarətin təmin edilməsi, əsaslı vəsait qoyuluşu üzrə dövlət büdcəsindən və digər maliyyə mənbələrindən ayrılmış vəsaitin idarə edilməsinin səmərəliliyinin artırılması və tikinti prosesində ortaya çıxan məsələlərin operativ həll edilməsi olub. Gələn məlumatlar isə onu deməyə əsas verir ki, Elman Məmmədov ASC-yə dövlət büdcəsində ayrılan vəsaitlərin operativ qaydada nağdlaşdırılmasında əsas fiqurlardan olub.

"Azersu"nun keçmiş rəhbərliyinin üst-üstə 500 milyon manata yaxın dövlət əmlakını mənimsədiyi barədə iddialar var.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi