Qulu Məhərrəmli Eldar Həsənovun müdafiəsinə qalxdı
Tanınmış telejurnalist, teletənqidçi, filologiya elmləri doktoru, BDU-nun professoru Qulu Məhərrəmli Eldar Həsənovu müdafiə edən fikirlər söyləyib.
Konkret.az xəbər verir ki, o, bu fikirləri özünün facebook statusunda paylaşıb.
Həmin statusu təqdim edirik:
“Serbiyadakı səfirimiz Eldar Həsənovun saxlanması ciddi yanlışlıq və anlaşılmazlıqdır.
Onun külli miqdardə büdcə vəsaitini mənimsəməkdə ittiham olunması isə inandırıcı görünmür, çünki həm də bizneslə məşğul olan E.Həsənovun şəxsi kapitalı ona verilən büdcə vəsaitindən dəfələrlə çoxdur. Yəni o, səfirliyin qəpik-quruşuna göz dikməyi öz şəxsiyyətinə slğışdırmaz. Əksinə, öz vəsaiti ilə Azərbaycanın təbliği üçün qiymətli işlər görürdü..
Yüksək dövlət düşüncəsi olan E.Həsənov şəxsi nüfuzuna, diplomatik məharətinə, təsir dairəsinə görə fərqlənən, Azərbaycan adına və hakimiyyətə hörmət gətirən səfir idi. Onun həbsi çox güman ki, siyasi xarakter daşıyır və daxildəki qruplar arasında savaşla bağlı ola bilər”.
Bu xəbər üçün şərh yazın