Radanın deputatı Krım körpüsünü məhv etməyə çağırıb
«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Ukrayna Ali Radasının «Radikal partiya»dan olan deputatı İqor Mosiyçuk Krım körpüsünü məhv etməyə çağırıb. Parlament üzvü belə bəyanatı «ObozTV»-nin efirindən səsləndirib.
Moseyçukun sözlərinə görə, Krım körpüsü nəinki düşmənnin sadəcə nəqliyyat infrastrukturudur, həm də Qara dənizdən Azov dənizinə keçid darvazasıdır və dənizlər arasında azad nəqliyyata mane olur. «Rusiya ondan hərbi obyekt qismində istifadə edir» – deyə, dnputat qeyd edib.
«Mən əminəm – Krım körpüsü məhv edilməlidir. Obyekt olaraq, onun tikintisinə Ukrayna dövləti icazə verməyib» – Moseyçuk bildirib.
O, qeyd edib ki, Ukrayna hərbi gəmiləri Kerç boğazında saxlanarkən, Rusiya tərəfi Krım körpüsündən Ukrayna gəmilərini bloklamaq məqsədilə istifadə edib.
«Biz, müharibə vəziyyətindəyik! Ukrayna diversantları, Qafqazdan olan üsyançılar, yadplanetlilər, Böyük Allah özü – bu və ya digər formada onu məhv edəcək. Ümid edək ki, bunu təbii fəlakət «yoluna qoyacaq»» – deputat əlavə edib.
Bu xəbər üçün şərh yazın