Rafael Cəbrayılov BDU-nun müəllimindən də 300 min manat alıb - “Bizdə videoları da var”
Deputat Rafael Cəbrayılovun borclu olduğu daha bir şəxs Yeni Sabah.az-a müraciət edib.
Bu, Bakı Dövlət Universitetinin “Hüquq” fakultəsinin müəlliməsi Xatirə Nəcəfovadır. Rafael Cəbrayılovun ona da 300 min dollar borcu var. Xatirə Nəcəfova deyir ki, həmin məbləğ deputata ev almaq üçün verilib.
“Binəqədidə “Gənclər şəhərciyi”ndə ev almaq, həmçinin biznes qurmaq üçün Rafael Cəbrayılova 300 min dollar vermişik. Notariat kontorunda aramızda borc müqaviləsi bağlanıb. Bundan əlavə o deputat vəsiqəsini girov qoyub.
Üzərindən 5 il keçməsinə baxmayaraq, hələ də pul qaytarılmayıb. Dəfələrlə müraciət etmişik, evinə getmişik amma nəticəsi yoxdur. Hər dəfə bir vəd verir. Biz bu cür oyuna düşəcəyimizi təsəvvür belə etmirdik. Düşünürdüm ki, 3 oğlum var evləri olar. İndi nə ev var, nə pul. Olanımız vermişik Rafael Cəbrayılova”,- deyə BDU-nun müəlliməsi bildirib.
Xatirə Nəcəfova əlavə edib ki, məsələ ilə bağlı yüksək vəzifəli şəxslərə və bir sıra qurumlara müraciət edib:
“Konkret olaraq Baş nazir cənab Novruz Məmmədova müraciət etmişəm. Sağ olsun, məni dinlədi, baş verənlərdən xəbərdar oldu. Problemin həll olunması üçün Milli Məclisin sədri Oqtay Əsədovla danışdı. Daha sonra Baş Prokurorluqdan mənimlə əlaqə saxladılar. Əlaqə saxlayan Baş prokuroun löməkçisi Toğrul müəllim idi. Dedi ki, artıq bizə tapşırıblar.
Novruz Məmmədov, prezidentin köməkçisi Fuad Ələsgərov bu işə qarışıb. Mən özüm də vitse-spiker Ziyafət Əsgərovla kolleqayam. Bir fakultədə işləyirik. Şəxsən qəbulunda olmuşam. Sağ olsunlar hamısı bu işə qarışıb”.
Xatirə Nəcəfova sonda bildirib ki, Rafel Cəbrayılovun ona borclu olması barədə notariusla təsdiq olunmuş borc müqaviləsindən başqa video sübutlar da var.
Bu xəbər üçün şərh yazın