"Rəcəb Tayyib Ərdoğanın 21 illik iqtidarından sonra..." -CCN International
"Cümhur İttifaqı"nın prezidentliyə namizədi Rəcəb Tayyib Ərdoğanın Türkiyənin böyük şəhərlərində keçirdiyi seçki mitinqləri "Millət İttifaqı"na daxil olan partiyalarda çaşqınlıq yaradıb.
Faktinfo.az xəbər verir ki,onun Rizə,İzmir,Ankara,İstanbul Atatürk Havalimanında keçirdiyi seçki mitinqlərinin insan seli ilə müşayət olunması ,müxalif düşərgə üzərində psixoloji üstünlüyünü də təmin edib.
Rəcəb Tayyib Ərdoğanın 07.05.2023-cü il tarixində İstanbul Atatürk Havalimanında keçirdiyi seçki mitinqinə dünya mətbuatı da geniş yer verib. France 24 "Ərdoğan İstanbulda güc göstərdi,mitinqin tayı,bənzəri yox idi",- yazıb.
"CCN International" R.T.Ərdoğanın 21 illik iqtidarından sonra 2 milyona yaxın insanın mitinqə gəlməsini isə, həqiqətən maraqlı və gözlənilməz adlandırıb.
Faktinfo.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın