Rəhim Rəhimli üçün 5 dəfə təcili tibbi yardım gəlibmiş, nəfəsi kəsilirdi

Rəhim Rəhimli üçün 5 dəfə təcili tibbi yardım gəlibmiş, nəfəsi kəsilirdi 

Mərhum müğənni Rəhim Rəhimli bir neçə gün əvvəl vəfat etsə də, onun ölümü və xəstəliyi ilə bağlı gəzən söz-söhbətlər hələ də davam edir.

Bu dəfə "Xəzər axşamı" verilişində sənətçinin yaxın dostu repçi Nadir Nəğdpul onun səhhəti ilə bağlı yeni açıqlamalar verib.

 O, Rəhimin açıq havada olarkən belə nəfəs ala bilmədiyini deyib:

 "Son bir ayda Rəhimin yanına düz 5 dəfə təcili tibbi yardım gəlmişdi. Onun nəfəsi kəsilirdi. Mənə dedi ki, Nadir Qəbələ dairəsində olarkən nəfəsim kəsildi, ətrafdakıların köməkliyi ilə təcili yardım çağırıldı".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi