Rektor və bir qrup tələbə Sabirabadda görüş keçirib
Azərbaycan Dövlət Aqrar Universitenin professor-müəllim heyəti hər il olduğu kimi bu il də təhsil müəssisənin gördüyü işləri nümayiş etdirmək, aqrar yenilikləri kənd əhalisinə çatdırmaq üçün rayonlara səfər edir, ətraflı məlumatlar verirlər.
Faktinfo.az-a bölgə nümayəndəliyindən verilən xəbərə görə,növbəti səfər Sabirabad rayonuna olub. Rayon İcra Hakimiyyətinin dəvəti ilə baş tutan görüşdə ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov da iştirak edib.
Rayon ictimaiyyəti, yuxarı sinif şagirdlərinin də iştirak etdiyi tədbir Heydər Əliyev mərkəzində keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov ölkədə aqrar sahədə əldə edilən nəaliyyətlərdən danışıb və bu uğurlarda aqrar rayonu olan sabirabadlıların da əməyi olduğunu vurğulayıb.
ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxışında olkənin digər sahələri kimi aqrar bölmənin də dinamik inkişafını müqayisəli təhlil edib, aqrar səhənin inkişafının bilavasitə aqrar təhsilə bağlı olduğunu əsaslandırıb.
Prezident İlham Əliyevin aqrar təhsilə qayğısından da danışan rektor madi-texiki baza, tələbə evləri, tədris-təcrübə sahələri, adlı auditoriyalar, tikintisi sürətlə davam edən yeni tədris korpusu, stimullaşdırıcı tədbirlər haqqında da görüş iştirakçılarına ətraflı məlumat verib.
Universitetlə bağlı təqdim edilən film isə iştirakçılar tərəfindən maraqla qarşılanıb.
ADAU-nun tələbə qəbulu üzrə məsul katibi, dosent Telman Musayev, Ümumi əkinçilik, genetika və seleksiya kafedrasının dosenti Fariz Ələkbərov, İctimai elmlər və multikulturalizm kafedrasının dosenti Elgün Aslanov, tələbələrdən Hüseyin Kazımlı, Ellada Zülfüqarlı çıxış edərək universitetlə bağlı görüş iştirakçılarına dolğun məlumat veriblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Bu xəbər üçün şərh yazın