Rektordan anlaşılmaz qərar-

Rektordan anlaşılmaz qərar- Qış imtahan sessiyası iki ayı əhatə edəcək?

Məlum olduğu kimi,ali məktəblərdə qış imtahan sessiyası hər ilin yanvar ayında keçirilir.Bəzi hallarda bu müddət fevral ayının birinci həftəsinin sonuna qədər uzadıla bilir.

Faktinfo.az-a verilən məlumata görə,Azərbaycan Texniki Universitetinin yeni rektoru Vilayət Vəliyev qış imtahan sessiyasının vaxtı ilə bağlı maraqlı yeniliyə imza atıb.Belə ki,rektor qış imtahan sessiyasnın iki ay ərzində keçirilməsi ilə bağlı göstəriş verib.Uzaqdan- yəni, rayonlardan, hətta cəmi 30 kilometr məsafədə yerləşən Sumqayıt şəhərindən gələn tələbələr yanvar ayında,paytaxt Bakıya daimi qeydiyyatı olan tələbələr isə fevral ayında imtahan verməli olacaqlar. 

Rektor Vilayət Vəliyevin bu qərarı tələbələr tərəfindən birmənalı qarşılanmır və əməlli-başlı çaşqınlığa səbəb olduğu deyilir.

Onu da qeyd edək ki,son vaxtlar ATU-da əksər prorektor və dekanlar  işdən çıxarılıb ki,bu da ciddi narazılıq yaradıb.

ATU-dan məsələyə  münasibət öyrənərkən,qış imtahan sessiyasının vaxtında heç bir dəyişikliyin olmadığı bildirildi.

Faktinfo.az


 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi