Rektorun “nurçular”a sevgisi hardan qaynaqlanır...

Rektorun “nurçular”a sevgisi hardan qaynaqlanır... - İTTİHAM

Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) rektoru Cəfər Cəfərovun “nurçular”la bağlantısı haqda mətbuatda dəfələrlə yazılıb.

Maraqlıdır ki, rektor FƏTÖ üzvləri ilə əlaqəsi olduğu ilə bağlı iddiaları bir dəfə də olsun təkzib etmək istəməyib. Əksinə, sanki bu bağlantısından qürur duyurmuş kimi, hələ də “nurçu” təriqətinin “parlaq simaları” ilə yaxın dostluq münasibətini davam etdirməkdə olduğu bildirilir.

ADPU daxilindəki etibarlı mənbə deyir ki, Cəfər müəllim rəhbərlik etdiyi universitetdə də hər zaman dini ibadətlə məşğul olmağı təbliğ edir. Məlumata əsasən, İslam dininin sünni təriqətinə etiqad edən rektorun özü də mütəmadi olaraq xidməti otağında ibadətlə məşğul olur. Asudə vaxtlarında isə Türkiyənin bəzi dini kanallarına baxır və öz ətrafına da gerçək İslamı mənimsəmək üçün bu kanallara baxmağı məsləhət bilir.

Apardığımız araşdırma zamanı məlum olub ki, Cəfər Cəfərov Turizm İnstitutuna rəhbərlik etdiyi müddətdə Qafqaz Universitetinin rektoru, “nurçu” təriqətinə etiqad edən Əhməd Sanıc və “Çağ Öyrətim İşlətmələri Şirkəti”nin rəhbəri dr. Enver Özerinlə yaxın əlaqələr qurub və hazırda da onlarla dostluq münasibətini saxlayır. Mənbəd eyir ki, C.Cəfərov həmin ərəfədə Qafqaz Universiteti ilə birgə 10-dan çox tədbir keçirib. Elə həmin vaxtdan onun yoldaşı da Qafqaz Universitetində çalışmağa başlayıb.
Bundan əlavə o da məlum olub ki, rektor Cəfər Cəfərov Qafqaz Universiteti bağlandıqda, oradan “nurçu” olduqlarına görə kənarlaşıdırılan 10-dan çox müəllimi ADPU-ya gətirmək niyyətində olub, lakin Təhsil Nazirliyindən bununla bağlı müsbət cavab ala bilməyib.

Mənbə deyir ki, Cəfər Cəfərovun “nurçu” olduğuna görə deputatlıqdan kənarlaşıdırılan Ceyhun Osmanlı ilə də yaxın əlaqəsi var. Məlumata görə, ötən il oktyabr ayının 6-da “Bakı Ekspo Mərkəzində” keçirilən 11-ci təhsil sərgisində respublikanın bütün universitetlərinin rəhbərləri ilə yanaşı, ADPU-nun rektoru Cəfər Cəfərov da iştirak edib. Həmin sərgidə C.Cəfərov yaxın əlaqədə olduğu, Milli Məclisin keçmiş deputatı və “nurçu” aləmində tanınan Ceyhun Osmanlı ilə bir saatdan çox söhbət aparıb. Hansı ki, C.Cəfərov bununla Ceyhun Osmanlə ilə dostluq münasibəti saxladığını kimsədən gizlətməyib.

ADPU-nun rektoru ilə bağlı redaksiyamıza daha bir şok informasiya daxil olub. Bu, C.Cəfərovun qapalı həyat tərzi keçirən 05.05.1964-cü il təvəllüdlü, Ağdaş rayonunda anadan olan Məmmədov Altay Cəmil (Altay Cəmil) oğlu ilə yaxınlığı haqdadır. Təbii ki, Altay Cəmilinin kimliyi oxucularımızı düşündürəcək. Məlumat üçün öncə onu bildirək ki, Altay Cəmil hazırda Bakının Nizami rayonu, 810-cü keçid, M.X.Şərifli küçəsi, ev 13-də qeydiyyatdadır və yuxarıda qeyd etdiyimiz kimi, qapalı həyat tərzi sürdüyündən barəsində çox informasiya yoxdur. Yalnız o bəllidir ki, Əhmədli qəsəbəsində yerləşən özünə məxsus həyət evinin ərazisində balaca məscid tikib və həmin məsciddə dini təbliğatla məşğuldur. Cəfər Cəfərov İslam dininin sünni təriqətinə etiqad edən Altay Məmmədovla ara-sıra dini məsələlərdə məsləhətləşdiyini və bunun üçün bir neçə dəfə onun evində olduğunu ADPU-da dəfələrlə etiraf edib.

Mənbə deyir ki, Altay Məmmədov keçmişdə Azərbaycan Müharibə Veteranları Birliyinin sədri olub və bir müddət sonra Prezident Aparatının rəhbəri Ramiz Mehdiyev tərəfindən həmin vəzifədən uzaqlaşdırılıb. Araşdırma zamanı məlum olub ki, A.Məmmədov ümumiyyətlə mobil telefondan istifadə etmir və asudə vaxtını elə Əhmədli qəsəbəsindəki həyət evində keçirir.\\gundemxeber.az\\ 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi