Respublika Klinik Xəstəxanasında 90-na yaxın xəstəyə çörək verilməyib

Respublika Klinik Xəstəxanasında 90-na yaxın xəstəyə çörək verilməyib -Pandemiya dövründə Xəstəxnada "şmotka "da satılır- GİLEY

Bu gün də səhər saatlarında "Respublikanski" kimi tanınan Ak.M.Ə.Mirqasımov adına Respublika Klinik Dövlət Xəstəxanasında çox acınacaqlı hadisə yaşanıb.

Xəstəxanadan sayta verilən məlumata görə, (şəkərdən müalicə alan) Endokrinologiya şöbəsində 90-na yaxın xəstələrə çörək verilməyib. Deyilib ki, çörək yoxdur. Maraqlıdır bəs dövlətin bu xəstəxanaya ayırdığı çörək hara gedir? Birdə xəstəyə verilən mannının içindən də tük çıxıb. Xəstə qazimiz Məlik müəllim tükdən iyrəndiyi üçün ona verilən mannını yeməkdən imtina edib və ac qalıb. Bu hal videoda da öz əksini tapır. Bundan başqa Nevrologiya şöbəsində xidmət göstərən Aytən həkimdən də xəstələr şikayət edir.

 "Qanunyolu.info.az" xəbər portalının rəhbəri orada xəstə ziyarət edərkən maraqlı mənzərənin şahidi olub və bunu lentə alıb. Belə ki,xəstəxanaya xəstələri ziyarətə gələnlərdən əlavə alverçilər də gəlir. Kimi pal-paltar, kimi məişət əşyaları, kimi gündəlik istifadə olunan lazımı əşyalar gətirib satırlar. Hətta axşam saatlarında xəstəxanaya bərbərlər də çağrılır.

Maraqlıdır bu xoşagəlməz hadisələrdən xəstəxananın baş həkimi Telman İbadovun xəbəri yoxdur? Bəs, Telman İbadov hara baxır? Nəyə nəzarət edir, bilmək olarmı? Yoxsa ancaq başı qarışıb xəstəxanaya verilən dərmanları, dərman peraparatlarını satmağa?

Nəzərinizə onuda çatdıraq ki, " şmotka satan"ların  karonavirusun tüğyan etdiyi bir vaxtda necə və hansı yolla yuxarı çıxıb özləri ilə gətirdikləri malları palatanın qapılarını bir-bir açaraq müalicə alan xəstələrə, orda işləyən tibb bacılarına, həkimlərə satmaları təəccüb doğurur ? Bəlkə, bu alverçilər arasında COVİD-19- a yoluxanlar var?

Lakin xəstə yanına gələn insanları bəzi hallarda yuxarı buraxmırlar ki,pandemiyadır.

Arif Süleymanlı 

gundemxeber.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi