Rövnəq Abdullayevin “poçt”una

Rövnəq Abdullayevin “poçt”una 

“SOKAR”-ın Azərbaycan Respublikası Tarif Şurasına verdiyi təklifə əsasən “Aİ-92” markalı benzinin 1 litrə görə qiyməti 70 qəpikdən 90 qəpiyə qaldırıldı. “Benzinin qiyməti qalxdı” xəbəri yayılan kimi mağazalarda “Ankor” yağının qiyməti 12.90 manatdan 13.50 manata qaldırıldı. Benzinin qalxması qiymət artımına səbəb olmayacaq kimi vədləri anındaca alt-üst etdi. Halbuki, dolların kursu uzun müddətdir 1.7022 səviyyəsindən o yana keçməyib və yağın qiyməti də son dörd ay ərzində 12.90 manat səviyyəsində qərarlaşırdı, ərzaq məhsullarında hər hansı bir qiymət artımı müşahidə olunmurdu.

Ötən həftədən  benzinin qiyməti qalxıb, amma sosial şəbəkələrdə hələ də müzakirə mövzusudur. Artıq şou-biznes əhli də bu barədə müxtəlif fikirlər səsləndirir.Hətta velosiped almaq fikirinə düşənlər də var.

Bir neçə gün bundan qabaq öz facoobok səhifəsində məsələyə  münasibət bildirən iqtisadçı-ekspert Qubad İbadoğlu da  mövcud qiymət artımının baş verməsini “SOKAR”ın gəlirlərini artırıb, bunun müqabilində yığılıb qalmış borcunu və zərərini bağlamaq məqsədi güddüyünü bildirdi.

Biz isə “Faktinfo.az” olaraq  bir xatırlatma etmək istəyirik. 2013-cü ildə seçkilər ərəfəsində “İTV”də Sərdar Cəlaloğu çıxış edərək bildirdi ki, “SOKAR”da vitse- prezidentlərdən birinin 200 evi var və o evlərin kirayə pulunu yığmaq  üçün balaca bir idarə də yaradıb.

Bu fakt isə deməyə əsas verir ki, nəinki viste -prezidlentlərin, “SOKAR”a tabe bütün idarə rəislərinin onlarla evi və obyektləri var. Təkcə Bakının Nizami rayonunda onlarla şadlıq sarayının  neft sənayesində çalışan məsul şəxslərə aid olması barədə fikirləri yəqin ki,hamı eşidib.O cümlədən , ARDNŞ-nin xətti ilə tikilən binalarda mənzillərin  vəzifəli şəxslərin qohum-əqrabasına paylanmasına dair yazılar da mətbuatda yer alıb. Xidməti maşınlar bu sistemdə çalışan səlahiyyət sahiblərinin övladlarına, xanımlarına xidmət edib və edir. Bu sistemdə arxası vitse-prezidentlərə bağlı olmayan idarə rəisi yoxdur. AFFA-da neft pullarının hesabına “at oynadan”,xanımları bir –birinə qırdıran şəxs(lər)in hərəkətləri barədə də ictimaiyyət kifayət qədər məlumatlıdır.

Bütün bunların fonunda çox qəribədir ki,bu dəfə də Rövnəq Abdullayevin Tarif Şurasına verdiyi təklif keçərli oldu, “Aİ-92” 70 qəpikdən 90 qəpiyə qaldırıldı, olsun...

Amma bunun faydası təkrar ölkə iqtisadiyyatına, “SOKAR”ın iqtisadi dayanıqlılığının qorunmasına xidmətə deyil, bir az əvvəl  yuxarıda qeyd etdiyimiz kimi bu dəfə də Dövlət Neft Şirkətində kök salan  qruplaşma üzvlərinə, obyekt, ev və səltənətlərinin artırılması üçün xidmət edəcəksə, benzinin qiymətinin 20 qəpik qaldırılması yaxşı nəticə verməyəcək, sonda  “SOKAR” prezidentinin özü çıxılmaz durumda qalacaq.

Çünki,  Rövnəq Abdullayev onsuz da  məişət qazının qiymətinin qaldırılmasına, dənizdə baş verən qəza hallarına və digər bir sıra məsələlərə görə cəmiyyətin qınaq obyektinə çevrilib. Təbii ki, bütün bunlar da ölkə rəhbərliyinin diqqətindən kənarda qalmır.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi