Rüfət Səfərov Avropa Məhkəməsinə şikayət edib

Rüfət Səfərov Avropa Məhkəməsinə şikayət edib 

Ötən həftə Eldar Sabiroğlu həbsdən azad olunmuş oğlu Rüfət Səfərovun həbsxanada gördüyü işgəncələrlə bağlı şok açıqlamalar vermişdi. Səsləndirilən faktlar kifayət qədər ağır və ağlasığmaz idi.

Faktinfo.az xəbər verir ki,Rüfət Səfərov “Yeni Sabah”a açıqlamasında deyib ki, həmin işgəncələrlə bağlı  vəkilləri Avropa Məhkəməsinə şikayət ünvanlayıb:

“Penitensiar Xidmətin başda Füzuli olmaqla bir qrup əməliyyatçılarının mənə işgəncə vermələri faktı üzrə müraciət etdik. Avropa Məhkəməsi şikayəti qəbul edib. İnanıram ki, yaxın perspektivdə haqlı qərarı eşidəcəyik. 

Sadəcə mən işgəncə detallarının ölkə ictimaiyyətinə çatdırılmasının tərəfdarı deyildim. Atam isə başqa qərar qəbul edib cəmiyyətə bildirdi.  Bundan sonra insanlar təbii ki, sarsıntı keçirdilər.  Onsuz da  vəziyyəti qənaətbəxş olmayan həmvətənlərimin əsəblərinin məruz qaldıqlarımla daha da tarıma çəkilməsinin tərəfdarı deyildim”.

R.Səfərov həmçinin atası E.Sabiroğlunun səhhəti ilə bağlı da məlumat verib:

“Atamı dünən hava limanında qarşıladım. Həkimlər böhran vəziyyətindən çıxarıblar. Lakin təcili ağır əməliyyata hazırlaşırıq. Mənə ölkədən çıxışa qadağa qoyulduğuna görə, atam bu ağır vəziyyətdə yenidən yanıma dönüb. Hazırda ağır əməliyyata hazırlaşırıq”.

 Günay Rəsulqızı

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi