Rus ordusuna Donetskdə şok: Alovsaçan robotlarla üz-üzə...

Rus ordusuna Donetskdə şok: Alovsaçan robotlarla üz-üzə... 

Rusiyanın hücum qrupları Donetskin şərqində, cəbhə xəttində Ukraynanın müdafiə mövqelərinə yaxınlaşanda onları gözlənilməz “rəqib” qarşıladı – alovsaçanla təchiz edilmiş döyüş robotu.

Bu sözlər “Blumberq” nəşrində dərc olunub.

Nəşrin məlumatına görə, Rusiya hərbçiləri meşə zolağı yaxınlığında mövqe tutduqdan sonra robot hərəkətə keçərək ətrafdakı quru yay otlarını alovlandırıb və ərazini yandırıb.

Ukraynanın 93-cü Əlahiddə Mexanikləşdirilmiş Briqadasının baş mühəndisi, "Maq" çağırış nişanlı hərbçinin sözlərinə görə, robotun arxasınca sağ qalanları məhv etmək üçün pulemyot heyəti irəliləyirdi.

Məlumata əsasən, Ukrayna bu il döyüş meydanında istifadə olunmaq üçün ən azı 50 min belə yerüstü pilotsuz robot istehsal etməyi hədəfləyib. Məqsəd Rusiya Silahlı Qüvvələrinə qarşı döyüşən bölmələrin imkanlarını gücləndirməkdir.

"Artıq müdafiəni pilotsuz uçuş aparatları olmadan təsəvvür etmək mümkün deyil. Eyni şey pilotsuz yerüstü platformalara da aiddir. Ön xətdə pilotsuz yerüstü nəqliyyat vasitələrinin istifadəsi hazırda ən sürətlə genişlənən sahələrdən biridir", – deyə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.

Nəşr yazır ki, iyul ayında Ukrayna hərbçiləri uzaqdan idarə olunan döyüş robotunu pilotsuz dəniz dronu vasitəsilə sahilə çatdırıblar./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi