Rusiya sərhədində problem: Azərbaycan maşınları...
Gürcüstan ilə Rusiya arasındakı Yuxarı Lars sərhəd-keçid məntəqəsində böyük avtomobil tıxacı yaranıb.
Sərhəddə 500-dən çox yük və minik avtomobili yolun açılmasını gözləyir. Lakin aramsız yağan qar və şaxta yolda avtomobillərin hərəkətinin bərpasına imkan yaratmır. Sərhəddə Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, İran və digər ölkələrə məxsus avtomobillər də var.
Yolda təcili tibbi yardım briqadaları, fövqəladə hallar xidməti və digər aidiyyəti qurumların əməkdaşları sürücülərə, sərnişinlərə lazımi xidmət göstərir.
Yuxarı Larsda çoxfunksiyalı yeməkxana, ana və uşaqlar üçün səyyar otaqlar quraşdırılıb.
Məlumat üçün qeyd edək ki, Gürcüstanla Rusiyanı birləşdirən yeganə avtomagistral Yuxarı Lars yolu güclü qar, şaxta və qar uçqunu səbəbindən dekabrın 26-da saat 16:00-dan etibarən bütün növ nəqliyyat vasitələri üçün bağlanıb.Axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın