Milyarder Fərhad Əhmədov reputasiyasını ləkələyən şəxsə qarşı tədbir görməkdə acizdir? -"İnsanlar onu kasıba əl uzadan kimi tanısa belə..."
“Fərhad Əhmədovu Azərbaycanda yaxşı tanıyırlar. O, xeyriyyəçi və mesenat adını birdən-birə qazanmayıb. Milyarder koronavirusa qarşı mübarizə fonduna 1 milyon manat vəsait, İkinci Qarabağ müharibəsi zamanı daha 1 milyon manat ianə edib.Azərbaycanda,Göyçayda insanlar həmişə kasıba əl uzadan olduğunu,harada olmasından aslı olmayaraq ona müraciət edənləri qapıdan əliboş qaytarmayan şəxs olduğunu bu günün özündə də qeyd edirlər.Hərçənd bu xeyirxah əməllərin qarşılığında Fərhad Əhmədovun reputasiyasına xələl gətirən bir şəxs var. Bu şəxs Fərhad Əhmədovun qardaşı oğlu Teymur Əhmədovdur. Oliqarx və qudurğan Teymur Əhmədov.Bu fikirlər Müstəqil .az saytına ünvanlanan məktubdandır.Faktinfo.az Müstəqil .az-da yayımlanan məqaləni olduğu kimi təqdim edir:
Teymur Əhmədov babasının adına ləkə gətirməkdən başqa heç nə ilə yadda qalmır
Heç kəsə sirr deyil ki, Fərhad Əhmədovun nəhəng biznes imperiyasının bir qolu da Azərbaycandadır. Bu Göyçayda yerləşən “Aznar” zavodudur. “Aznar” zavodunun baş direktoru isə Fərhad Əhmədovun qardaşı oğlu Teymur Əhmədovdur. Teymur Əhmədov babasının adını daşısa da, onun adına ləkə gətirməkdən başqa heç nə ilə yadda qalmır.
Sayt belə xarekterizə edir ki,Teymur Əhmədovun 30 yaşı var və onu tanıyanlardan heç kəs barəsində bir xoş söz işlətmir. O,Kasıbın payını kəsən, fəhləni səbəbsiz yerə söyən, maaşları azaldan, istehsalatdakı fəhlələri sutkada 20 saat işlədən, sonra isə haqqlarını verməyən birisi kimi tanınır.
O, işçilərin maaşlarını kəsərək, pulları öz kef məclislərinə xərcləyir. Maaşları ödəməyən şəxs dəbdəbəli məclislər qurduqda, işçilərdə qıcıq yaradır.
Teymurdan şikayətçi bir qrup işçi isə Vergilər Nazirliyinə, Dövlət Əmək Müfəttişliyinə və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə ərizə ilə müraciət edib.
Səbəb isə Teymurun işçilər ilə pis rəftar etməsi, əmisinin şirkətini yerlə-yeksan etməsi, vergidən və digər ödənişlərdən yayınmaq məqsədi ilə rəsmi maaşların azaldılması, qara kassanın yaradılması, satışları “qara kassa” vasitəsi ilə aparması və bu kimi hərəkətlərdir.
Teymur Bakıda "Aznar" ın idarəçiliyi altında şirkətin məhsullarının satışı ilə məşğul olan "Grante Trading" i yaradıb. İlk aylar "Grante Trading" də işlər yaxşı getsə də o, "Aznar"da və filiallarında idarəçilik prinsiplərini dəyişməyə başladı.Satışdan əldə olan gəlirlərə nəzarət etmək üçün o, "Aznar" a uşaqlıq dostları- Bağırlı Soltanı, filiala isə Ələkbərov Anar Azər oğlunu təyin etdi.
Teymurun “Təndir-məndir” restoranlar şəbəkəsi
Bu hər üç şəxs "Aznar"-ı və filialı demək olar ki, talayıblar. Xüsusi ilə də Anar və Teymur tandemi.
Faktiki olaraq hal-hazırda "Aznar" filialı Anar Ələkbərov tərəfindən, zavod isə Soltan Bağırlı tərəfindən idarə edilir. Teymurun isə zavodu idarə etməyə vaxtı yoxdur. O əldə etdiyi pulları müxtəlif əmlaka və özünə məxsus “Təndir-məndir” restoranlar şəbəkəsinə yatırmaqla məşğuldur. İşçilər ilə problem yaşananda, onlar maaş tələb edəndə isə o Rövlan adlı şəxsi öz adından danışıqlara göndərir. Rövlan hər dəfə işçilər ilə görüşüb yalan vədlər verir ki, sabaha maaşlar ödəniləcək, sonradan isə o da telefon zənglərinə cavab vermir.
Məhz bu kvartetin səriştəsiz işidir ki, zavod və filial demək olar ki, müflis vəziyyətdədir.
Pandemiya dövründə qida məhsullarının satışı ilə məşğul olan şirkətlərə işləməyə icazə verilmişdi və bir çoxları bundan və vergi güzəştlərindən istifadə edərək hətta gəlirlərini artırmışdılar. Lakin Anar filialın idarəçiliyini əlinə alan kimi orada bütün işçilərə ərizə yazdıraraq onların rəsmi maaşlarını ikiqat azaltdı, fəhlələrə dedi ki, maaşların yarısını kartlarına köçürəcək, qalan hissəsini isə nağd alacaqlar.
Bununla hardasa vergidən və DSMF-yə ödənişlərdən yayınmaq mümkün oldu.
Daha sonra isə o malların satışını nəğd şəkildə aparılmasına keçdi. "Aznar"dan filiala gələn malın tam olmasa da,çox bir hissəsi rəsmi gəlir idi.Buna baxmayaraq filial bütün satışları “qara kassa” vasitəsi ilə edib. Rəsmi olaraq anbarda mal var, faktiki isə yoxdur. Mallar dəyər dəyməzə satılır."Aznar" ın istehsal etdiyi şirə əvvəl rəflərdə 2.40 manata satılırdısa, indi məhlə marketlərində 90 qəpiyə təklif olunur.Əldə olunan vəsait isə Anar və Teymurun cibinə axır.
Bundan başqa qeyd edək ki,məhsul satışı olan müddətdə filialın 70-ə yaxın işçisi müxtəlif bəhanələr ilə işdən qovuldu. Bir qism işçi aldadıldı, əmək müqavilələrinin müddəti 1 ayadək azaldıldı, digər qisminə vədlər verildi ki, ərizənizi yazın verilməyən məvaciblər (rəsmi və qeyri-rəsmi, kompensasiya və satışdan faizlər) ödəniləcək, lakin bu da baş vermədi.
70 işçini işsiz qoyması nə dərəcədə doğrudur?
Hazırda həmin işçilərin müraciət etmədiyi qurum qalmayıb. Hətta onlar "Aznar" ın ofisində piket keçiriblər və Anar Ələkbərov ilə də görüşüblər. Anar isə onlara deyib ki, şirkət müflis olub. Fərhad Əhmədov kimi imkanlı şəxsin şirkəti müflis ola bilərmi? Anar kimi şəxsin bu ifadəni işlətməsi Fərhad Əhmədovun adına ləkədir.Hazırda Anar ofisi də bağlayıb, gözə belə görsənmir.
Pandemiya dövründə işləməsinə icazə verilmiş müəssisədə 70 işçinin işsiz qoyulması nə dərəcədə doğrudur? İşçilər tərəfindən dövlət əmək müfəttişliyinə edilən şikayət cavabsız qalıb, indi həmin işçilərin yeganə ümid yeri Korrupsiyaya Qarşı Mübarizə İdarəsi və Vergilər Nazirliyidir. Onlar istəyirlər ki, mənimsəmə, maaş azalma, vergidən yayınma faktları araşdırılsın, məvaciblərin verilməsi təmin edilsin.
Fərhad Əhmədovun Teymurun bu hərəkətlərindən xəbəri yoxdur
Həmin işçilər Teymur Əhmədovla bir neçə dəfə görüşüblər, lakin hər zaman onun verdiyi vədlər özünü doğrultmayıb. Məvacibdən borc 7 ayı ötür.İşçilrin satışdan əldə edəcəkləri 1-3% nisbətində bonuslar isə ümumiyyətlə Teymur tərəfindən tanınmır.
İşçilər deyir ki, Fərhad Əhmədovun Teymurun bu hərəkətlərindən xəbəri yoxdur, xəbəri olsa maaşları da ödəyərdi, vergidən də yayınmazdı,satışların və qara kassanın olmasına belə icazə verməzdi. Belə görünür ki,Fərhad Əhmədov milyonlarla pul yatırdığı "Aznar" nəzarət etmir? Və ya “əmisinin gül balasının” xətri bu qədər əzizdir?
Bütün bunlara baxmayaraq Teymur Əhmədov dəbdəbəli həyat tərzi sürür. O hər gün restoranlarda dostları ilə kef məclisləri qurur, axşamlar isə sərxoş vəziyyətdə küçələrin canına düşür. 2 həftə öncə Bakıda özünə məxsus bahalı Porşe markalı avtomobili ilə qəza törədən o, idi.
Avtomobildə Teymur və dostu, eləcə də 2 cavan qız sərxoş vəziyyətdə olublar.Adam o həddə sərxoş olub ki, Porşe aşıb. Saytlarda bu barədə məlumat gedib.
Bu xəbər üçün şərh yazın