Rusiyanın Sankt-Peterburq Dövlət Baytarlıq Təbabəti Universitetinin nümayəndə heyəti ADAU-nun Baytarlıq təbabəti fakültəsində görüş keçirib - FOTO
Rusiyanın Sankt-Peterburq Dövlət Baytarlıq Təbabəti Universitetinin Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) səfərdə olan bir qrup professor-müəllim və tələbə heyəti ali təhsil müəssisəsinin Baytarlıq təbabəti fakültəsində olublar.
Aqrar Universitetin Baytarlıq təbabəti fakültəsinin professor-müəllim və tələbələri ilə görüşən xarici qonaqlar qarşılıqlı fikir mübadiləsi aparıb, əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Onlara fakültənin maddi-texniki bazası, kafedraları və kadr potensialı barədə ətraflı məlumat verilib.
Sonra qonaqlar Baytarlıq təbabəti fakültəsinin Anatomiya muzeyi, Baytarlıq klinikası, Suni mayalanma tədris mərkəzi, Əczaçılıq İnnovasiya mərkəzi, tədris auditoriyaları və müasir laboratoriyaları ilə yaxından tanış olublar.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın