Sabiq deputat vətəndaşın torpaq sahəsini zəbt edib- İddia
Sabiq deputat Ayaz Orucov 0.20 hektar torpaq sahəmizi zorla əlimizdən alıb.
Bu fikirlər Faktinfo.az-ın elektron poçtuna göndərilən şikayət məktubundandır.Beyləqan rayonu Əlinəzərli kəndi sakini Əliyev Ruhid Məhəmməd oğlu yazır:
"Yazıb bildirirəm ki, 2014-cü ildə Beyləqan rayonunun sabiq deputatı Ayaz Orucov şəhərinin mərkəzində yerləşən ailəmizə məxsus, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsində reyestri 3/15, inventar nömrəsi 15 olmaqla qeydiyyatda olan 0.20 hektar torpaq sahəsini vəzifəsindən sui istifadə edərək əlimizdən alıb.Zorla əlimizdən aldığı ərazini torpağımızın yaxınlığında olan, fırıldaq yolu ilə aidiyyatı orqanlardan aldığı 1 hektara yaxın torpaq sahəsinə qatıb, sonrakı halda ərazidə özünə imarət ucaldıb.Sabiq deputatın bu qədər sərvət toplayıb,ölkə hələ də "at oynatma"sı və ona qarşı tədbir görülməməsi bu günün özündə də müəmmalı olaraq qalır.
Halbuki, A.Orucovun özü üçün tikdirdiyi torpaqdakı imarətinə dair heç bir hüquqi sənədi yoxdur.Biz ailəmiz adından bir sahibkar,həm də vətəndaş olaraq xahiş edirik ki, A. Orucov tərəfindən kobudcasına pozulmuş hüququmuzun bərpasına ölkə rəhbərliyi tərəfindən təminat verilsin. A.Orucovun torpağımızı zəbt etməsinə görə, barəsində cinayət işi açılsın.İnanırıq səsimiz ölkə rəhbərliyinə çatacaq,pozulmuş hüququmuz bərpa olunacaq.
Sabiq deputatla əlaqə yaradıb,ona qarşı irəli sürülən iddiaya münasibət öyrənmək istəsək də mümkün olmadı.A.Orucovun da mövqeyini dərc etməyə hazırıq.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın