Sabirabad sakini özünü su kanalına ataraq intihar etdi

Sabirabad sakini özünü su kanalına ataraq intihar etdi 

Sabirabad rayonunda yerli sakin özünü su kanalına ataraq intihar edib.

Report.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Qalağayın kəndi ərazisində baş verib.

İlkin məlumata görə, həmin kəndin ərazisindən keçən "Sabir" kanalına bir nəfər kişi özünü atıb və boğulub. Hadisə yerinə xilasedicilər cəlb olunub. Hələlik özünü kanala atanın şəxsiyyəti bilinmir.

Faktla bağlı araşdırma aparılır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi