Şahmatçımız koronavirusa yoluxdu, yarışdan getdi

Şahmatçımız koronavirusa yoluxdu, yarışdan getdi 

Azərbaycan şahmatçısı Vasif Durarbəyli İslandiyanın paytaxtı Reykyavikdə keçirilən Avropa çempionatında mübarizəni dayandırıb.

Bu barədə beynəlxalq dərəcəli qrossmeyster Report.az-a açıqlamasında deyib. Onun sözlərinə görə, koronavirusa yoluxduğu üçün yarışla erkən vidalaşmalı olub: "PCR testinin nəticəsi indi çıxdı. Məni başqa otelə aparacaqlar. Bunadək turnirin təşkil olunduğu oteldə qalırdım".

Qeyd edək ki, Vasif Durarbəylidən başqa, ingiltərəli Pein Malkolm və islandiyalı şahmatçılar Stefan Berqssonla Torestin Leyfssoun da test nəticələri pozitiv çıxıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər