"Saxta statistikanın axırına çıxmalı, Azərbaycanda real işsizlərin sayını ortaya qoymalıyıq"

"Saxta statistikanın axırına çıxmalı, Azərbaycanda real işsizlərin sayını ortaya qoymalıyıq" - Əli Məsimli

“Bu gün nəzarət tədbirləri nəticəsində bərpa olunan 30 milyon manatdan artıq məbləğ çox simvolik rəqəmdir”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” Hesabatın müzakirəsi zamanı deputat Əli Məsimli deyib.

 

Deputat bildirib ki, aşkarlanan pozuntular fonunda bu rəqəm dəryada damladır: “Sosial proseslərin tənzimlənməsi istiqamətində aparılan tədqiqat yarımçıq xarakter daşıyır. Pandemiya dövründə 190 manatın verilməsində bir çox qanunsuzluq vardı. Qeydiyyata alınan işsizlərin sayı ilə 190 manat verilən işsizlərin sayı uyğun gəlmirdi. Saxta statistikanın axırına çıxmalı, Azərbaycanda real işsizlərin sayını ortaya qoymalıyıq”.

 

Deputat bildirib ki, digər problem kənd təsərrüfatı və qida təhlükəsizliyi sahəsindədir: “Bizim statistikada istehsal etdiyimizi göstərən buğda qədər də xaricdən alırıq. Bu, mümkün deyil. Yaxşı buğda növlərinin yetişdirilməsi üçün ayrılan vəsait yeyintiyə gedib və istifadə olunmayıb. Bunu siz də göstərmisiniz. Bu fakt kitabda qalmamalı, əlaqədar təşkilatlara göndərilməlidir”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi