Narkotiklərin satışını araşdıran

Narkotiklərin satışını araşdıran sayt rəhbərinə hökm oxundu

“Bakupress” İnformasiya Agentliyinin rəhbəri Şəfəq Ağacana (Ağabalayeva) hökm oxunub.

Report.az xəbər verir ki, onun cinayət işinə Nərimanov Rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə baxılıb.

Məhkəmənin hökmünə əsasən, Ş.Ağacan 3 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən verilən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baxılır.

Qeyd edək ki, rəsmi məlumata əsasən, Ş.Ağacan Bakının Nərimanov rayonu ərazisində narkotik maddə olan marixuana satarkən yaxalanıb.Məlumatda belə deyilir.

Bakupress.az saytında dərc olunan məqalələrin təhlili göstərir ki, saytda təhsil, təhsil kadrları və məktəblilərə qarşı münasibət və narkotik tərkibli dərmanların apteklərdə qanunsuz satışı ilə bağlı son zamanlar daha çox tənqidi məqalələr dərc edilib. Yayılan şayiələrdə isə jurnalistin həbsinin hansısa narkotik dərmanların qanunsuz satışı ilə məşğul olan şəxslərin marağı daxilində olduğu iddia edilir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi