Sevda Çiçəkləri Könül Bağımda...
Fəzail İsmayıl Böyükkişi “Sevda Çiçəkləri Könül Bağımda...” böyük həcmli poemamdan kiçik bir hissəsini sayta göndərib.
Faktinfo.az göndərilən fikirlərdə deyilir:
Bu günkü vəziyyət diqtə edir ki,deyək- dünyanın bütün qüdrətli dövlət xadimləri, tibb alimləri və digər ziyalıları qorxunc və amansız pandemiyaya qarşı bəşəriyyəti səfərbər etməlidirlər, daha doğrusu indi bəşəriyyəti qorumaq tibb alimlərindən və dövlət başçılarından və ziyalılardan olduqca böyük məsuliyyət və cəsarət tələb edir.Amma ehtimalı böyük olan bir reallıqda var.Belə görünür, bəşəriyyəti koronovirus girdabından Yapon və Türk alimləri xilas edəcək.Çünki son on ildə virusologiya,ummunologiya və xərçəng xəstəliyi ilə bağlı əldə etdikləri elmi naliyyətlərə görə,hər iki ölkə önə çıxıb.
Fəzail İsmayıl Böyükkişi
SEVDA ÇİÇƏKLƏRİ KÖNÜL BAĞIMDA...
Mən Oğuz türküyəm yerim, göyüm var,
Mən Bilgəyəm köküm üstə duranam.
Mən xaqan, mən sultan, paşam, bəyim var,
Mən həm Azərbaycan, mən həm Turanam!!!
Mən cümlə hümməti sirdaşı seçən,
Tanrı qibləsinə yüksələn türkəm!!!
Sıldırım qayalar, uçrumlar keçən,
Türklük zirvəsinə yüksələn türkəm!!!
Türklüyüm hiyləyə, fitnəyə qənim,
Tayfaya, mafyaya yer yoxdur onda.
Ən gözəl dünyamdır türk dünyam mənim,
Bir kimsədən gizlin sirr yoxdur onda.
Türk dünyamda dönük bir yarda yoxdur,
Allahın eşqidir hamıya əyan.
Zalım yox, məzlum yox, kor, kar da yoxdur,
Nə bərk qışqıran var, nə pıçıldayan.
Türk dünyamda insan insan doğması,
Türk dünyamda haqq tanrıdı, Mövladı.
Türk dünyamın halallıqdır loxması,
Türk dünyamda hamı Adəm övladı.
Türk dünyamın türk övladı qürurlu,
Tanrıya qul olan mərd türk məndədir.
Türk qəlbi dumduru, türk könlü nurlu,
Türkdə gözəl əməl, sözdən öndədir.
Dedim sevdalıdır könlüm binadan,
Saflıq gözəllikdir yaşadan məni.
Yarandım sevdalı ata-anadan,
İnsanlıq sevəcək başadan məni.
Ağacı yaşadar əmici tellər,
İnsanlıq, gözəllik o tellərimdir.
Məni yenə bilməz fitnələr, fellər,
Məni də yaşadan türk ellərimdir.
Türk verməz kiməsə əzab, iztirab,
Mərhəmətdir, fəzilətdir hünərim.
Türk nəcib, xeyirxah, türk alicənab,
İbrahim, İsmayıl türk peyğəmbərim.
Xırda hisslər qata bilməz başımı,
Havadan asılı qalmaz əlim də.
İtirmərəm ağılımı, hüşümü,
Tanrıma hey şükürlər var dilimdə.
Bu dünyadan niyə olsun gileyim,
Dünya boşalmalı, dünya dolmalı.
Dəyyus dəyyusdusa ona nə deyim???
Əclafdan törəyən əclaf olmalı.
Bəllidir insanın Adəmdir zatı,
Adəmə xor baxan iblisə dönər.
Yalanın, haramın var necə qatı???
İnsan ona uysa insanlıq sönər.
Zəngindən zəngindir türkün biliyi,
Elmindən helmisə əngindən əngin.
Sən türkü sayma gəl şəxs əvəzliyi,
Anla aşiqidir türk bəyaz rəngin.
Türk gözəl mənalar daşıyır düzdür,
Türkü xorlayanlar dayazdır, dayaz.
Bəyazsa türk sevən ən nəcib sözdür!!!
Türk ruhu, siması bəyazdır, bəyaz!!!
Bəyaz türkün təmiz qanı, canıdır!!!
Bəyaz türkün namus, qeyrət, arıdır!!!
Bəyaz gözəlliyin tərcümanıdır!!!
Bəyaz insanlığtın çalarlarıdır!!!
Nə rəng varsa da pərdə-pərdədir,
Bir-birini tez-tez ötüb keçəndir.
Haqqın dərgahı da bəyaz rəngdədir,
Bəyaz Tanrı sevib, Tanrı seçəndir.
Tanrının yolunun bəyazdır uğru,
Haqqın dərgahının bəyazdır naxşı
Ey Tanrım sən bəyaz türkümü qoru,
Dönüb bəyazlaşsın bəşərin baxşı.
Məni gözəl duyur öz türk millətim,
Könlünə nur yayır, qəlbinə sevgi.
Onu gəlib xoşbəxt eləməz heç kim,
O yadı doğmadan ayırsın təki.
İnsan ki, qohuma biganə olar,
Ona qəzəblənər onu Yaradan.
İnsan ki, sərvətə divanə olar,
İnsanlıq büsbütün çıxar sıradan.
İnsanlıq uçrumdan yuvarlanarsa,
Bu bir fəlakətdir, bir müsibətdir.
Bunu görüb Bəni-Adəm danarsa –
Qopan qiyamətdir, son nəhayətdir,
Mən Tanrı eşqimdə vəfalı qaldım,
Körpə uşaq, cavan, ahıl çağımda,
Sevdalı-sevdalı xəyala daldım,
Sevda çiçəklədi könül bağımda!!!
Sevda çiçəklədi könül bağımda!!!
Bu xəbər üçün şərh yazın