Şikayət etdiyim üçün idarə müdiri məni ölümlə hədələtdirib, təhqir etdirir FOTO+ VİDEO
Şikayət etdiyim üçün idarə müdiri məni ölümlə hədələtdirib,təhqir etdirir.Bu fikirlər Ucar rayonu H.Əliyev prospekti ev 136 sakini Şirinov Raqif Ayaz oğlu tərəfindən Faktinfo.az-a göndərilən şikayət məktubundandır.
Şikayət ərizəmdə yazıb Sizə bildirirəm ki, Ucar rayon Meliorasiya İdarəsinin rəisi Həsən Qasımovun korrupsiya əməlləri barədə video və foto faktlarla ölkə saytlarına şikayət etdikdən sonra idarə rəisinin adamları məni ölümlə hədələtdirir və nalayiq söyüşlərlə təhqir edirlər.
Belə ki, 29 may 2021-ci il tarixdə onun kürəkəni "Azərişıq" ASC-nin yüksək vəzifəli əməkdaşı Səlimov Zaur Qurban oğlu (055) 301-66-06 nömrəli telefonu ilə mənə dəfələrlə zəng edib,ölümlə hədələyib və nalayiq söyüşlərlə şəxsimi təhqir edib.Bunu təsdiq edən səs yazısını sizə təqdim edirəm.
Faktinfo.az şikayətçi tərəfindən sayta göndərilən videonu təqdim edir.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın