Siyavuş Novruzov Əli Həsənovu “beşinci kolon”un üzvü adlandırdı
Milli Məclisin deputatı Siyavuş Novruzov Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənovu və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyevi “beşinci kolon”un üzvü adlandırıb.
S.Novruzov jurnalist Əvəz Zeynallının “Rusiyanı dövriyyədən çıxara bilərikmi, yoxsa atom bombası atar?” sualına gülərək belə cavab verib: “Yox, o Qüdrət Həsənquliyevin, “beşinci kolon”un fikridir.
Ə.Zeynallı “Əli Həsənov (“Qaçqınkom”un sabiq sədri – red) “beşinci kolon”dur? Deyir ki, İlham Əliyev Xankəndini Putinin xahişi ilə almadı...” sualını verib.
Deputat isə belə cavab verib: “Hamısı “Beşinci kolon”dur. Ad çəkmirəm, əgər kimsə bu fikri səsləndiribsə, deməli, “beşinci kolon”dur. Hərə məhəbbətini bir formada ifadə edir. Amma düşünmür ki... Azərbaycan tarixdə olmayan bir qələbə əldə edib, bunu hər kəs qəbul edir. Biz bundan sonra da irəli getməliyik”.
Qeyd: Rusiyanın siyasi dairələri bütün mənalarda Ermənistana dəstək verdi.Rusiyanın pulsuz ermənilərə hədiyyə etdiyi yüzlərlə raket Tərtərə,Bərdəyə,Mingəçevirə və digər rayonlara atıldı.Mülki əhali terrora məruz qaldı.Erməni generalları Azərbaycana qarşı "İsgəndər" raketindən istifadə etdiklərini belə etiraf etdilər.Sual olunar: Rusiya bundan da artıq ermənilərə kömək etməli idi ?
Rusiyanın siyasi dairələri Azərbaycan əsgərinin və silahlı qüvvələrinin gücünü ,texnologiya nisbətini Araik kimi terrorçuların xeyirinə dəyişə bilməyib,acı məğlubiyyətlə üz-üzə qalanda Azərbaycan ordusunun qələbəsini müxtəlif mənalarda adlarına çıxıb ,ictimai rəydə mövcudiyyətini saxlamaq üçün yollar axtarmağa başladılar. Məsələn, "Rusiyyanın razılığı olmasaydı", "Danışılmışdı ki,Xankəndinə qədər gedə bilərsiniz", "Rusiya seyirçi qaldı ki,rayonlar qaytarılsın" , "Yoxsa ,bomba ata bilədi", " Rayonlar 5 milyard qarşılığında qaytarılıb" və s.
Bütün bu və yaxın mənalı sözləri ruspərəstlər məqsədli şəkildə səsləndirməklə Azərbaycan əsgərinin rəşadətini küçümsəyib,rusiyanın siyasi dairələrini hələ də Azərbaycan xalqının gözündə yüksəkdə tutmaq məqsədi daşıyır.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın