Smartfonlardan gələn göy işıq niyə təhlükəlidir?

Smartfonlardan gələn göy işıq niyə təhlükəlidir? - ARAŞDIRMA

Smartfonlar həyatımıza elə daxil olub ki, onlardan ayrılmaq getdikcə daha da çətinləşir. Bu cihazların ekranından gələn göy işıq bioloji ritmlə yanaşı, sağlamlığın başqa aspektlərinə də mənfi təsir göstərir.

Beləliklə, telefon və noutbukların ekranından şüalanan göy işığa həsr edilmiş sonuncu tədqiqat işi ehtimal edir ki, bu işıq beyin hüceyrələrinə zərər vura və yaşam müddətinə təsir göstərə bilər. Göy işıq gözlə görünən və süni işıqlandırma zamanı tez-tez istifadə edilən işıq spektrində dalğanın uzunluğudur. Bundan əvvəl aparılan araşdırmalar göstərib ki, göy işığın uzunmüddətli təsiri yuxu pozuntularına və gözün zədələnməsinə səbəb ola bilər.

Bioloji ritmə mənfi təsir göstərən əsas problemlərdən biri smartfon, planşet və kompyuterekranlarından şüalanan göy işıqdır. Bu yaxınlarda “Aging and Mechanisms of Disease” jurnalında yayımlanan araşdırmanın nəticələri göstərir ki, göy işıq adi drozofil növündən olan milçəklərin yaşam müddətini azaldır.

Test zamanı milçəklərin hər gün 12 saat ərzində göy işığın təsirinə reaksiyası öyrənilib. Gün boyu 12 saat göy işığın, 12 saat qaranlığın təsirinə məruz qalan milçəklər adi milçəklərlə müqayisədə daha az yaşayıb. Bundan başqa, onların tor qişasında və baş beynin neyronlarında zədə ilə yanaşı, hərəkətlərində pozuntular müşahidə edilib. Həşəratlar öz konteynerlərinin divarı ilə yuxarı qalxıb düşə bilməyiblər. Nəticələr həmçinin sübut edib ki, milçəklər göy işığı görməsələr belə, göy işıq onlara zərər vura bilər. Beləliklə, alimlər göy işığın canlı orqanizmlərə mənfi təsirinə dair növbəti sübut əldə ediblər.

Tədqiqatçılar qeyd edir ki, rəqəmsal displeylərdən gələn göy işıq gün işığını imitasiya etdiyi üçün orqanizmin yuxuya getməsinə kömək edən melatonin hormonunun ifrazına maneçilik törədir. Göy işıq gündüz vaxtı faydalıdır, çünki əhval-ruhiyyəni, reaksiya müddətini və diqqəti artırır. Melatonin istehsalının pozulmaması üçün alimlər yuxuya getmədən 1 saat öncə qacetlərdən istifadə etməməyi məsləhət görürlər.

Texnologiya şirkətləri belə bir problemin olduğunu etiraf ediblər. Həm “Apple”, həm “Google” şirkəti əməliyyat sistemlərində göy işığı azaltmaq üçün özəllik daxil ediblər. Habelə bu cihazlarda işıqlandırmanın az olduğu mühitdə istifadəçinin rahatlığı üçün qaranlıq rejim nəzərdə tutulub. (xpressa.net)

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər