Soçi görüşü bir daha təsdiqlədi ki, Azərbaycan maraqlarını müdafiə etmək əzmindədir

Soçi görüşü bir daha təsdiqlədi ki, Azərbaycan maraqlarını müdafiə etmək əzmindədir -Aqiyə Naxçıvanlı

Prezident İlham Əliyevin Soçi görüşündə Qarabağ münaqişəsinin artıq tarixə qovuşması və ortada yalnız Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşmasından danışmağın mümkünlüyü barədə dedikləri onun göstəricisidir ki, Azərbaycan növbəti dəfə öz haqlı maraqlarını müdafiə etmək iradəsini nümayiş etdirdi.

 

  Faktinfo.az AZƏRTAC-a istinadla  xəbər verir ki, bu sözləri Milli Məclisin üzvü Aqiyə Naxçıvanlı Prezident İlham Əliyevin oktyabrın 31-də Soçiyə səfəri və həmin səfərdə dövlətimizin başçısı ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında keçirilmiş ikitərəfli görüşlə əlaqədar fikirlərini bildirərkən deyib.


  Deputat ikitərəfli görüşlərin əhəmiyyətindən də danışaraq bildirib: “Dövlət başçılarının intensiv görüşləri ikitərəfli münasibətləri kifayət qədər ətraflı müzakirə etmək və bu münasibətlərdə müsbət dinamikanı artırmaq imkanı yaradır. İki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyannamə çoxillik münaqişəyə son qoydu. İndi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtı yetişib. Ölkəmiz tərəfindən Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsası olmalı 5 əsas prinsip irəli sürüb. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və bu əsasda normallaşmaya nail olmaq mümkündür”.


Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 2022-ci il 31 oktyabr tarixli Bəyanatının ehtiva etdiyi məsələlərə diqqət çəkən Aqiyə Naxçıvanlı həmin önəmli prinsipləri ardıcıllıqla sadalayaraq qeyd edib: “Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə tərəflərin sadiqliyi təsdiq olundu; Humanitar məsələlər blokunun təxirə salınmadan həllinə yönəlmiş əlavə səylər göstərmək barədə razılaşma əldə olunub; Rusiya sülhməramlı kontingentinin yerləşdiyi zonada təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığı qeyd olundu; Münaqişə çərçivəsində olan bütün problemli məsələlər güc tətbiq etmədən BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə etməklə həll olunmalı olduğu vurğulandı; Regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsinin bağlanmasına hazırlıq işlərinin fəallaşdırılması, mövcud işlənilən təkliflər əsasında məqbul həll yollarının axtarışının davam etdirilməsinin vacibliyi və Rusiya Federasiyasının buna hər vasitə ilə kömək göstərəcəyi qeyd olundu; Rusiyanın köməyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında ictimaiyyətin və ekspert birliklərinin nümayəndələrinin və eləcə də dini liderlərin arasında dialoqu davam etdirməyin, həmçinin iki ölkənin xalqları arasında etimadı möhkəmlətmək məqsədilə üçtərəfli parlamentlərarası əlaqələrin başlanması üçün müsbət ab-havanın formalaşdırılmasının vacibliyi təsdiqləndi. 

   Görüşün nəticəsi olaraq təqdim olunan bəyanatda Qarabağ ifadəsinin işlədilməməsi, Azərbaycan ərazisində yaşayan ermənilərin statusu məsələsinin qabardılmaması ona dəlalət edir ki, vəziyyəti normallaşdırmaq üzrə proseslər Azərbaycanın irəli sürmüş olduğu təkliflər üzrə gedir və əsas diqqət əldə olunmuş razılaşmaların şərtlərinə əməl olunmasına yönəldilib”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi