Şok: Məhkəmədə qazi polkovnikin ürəyi partlayıb öldü
Sumqayıtda məhkəmədə ölüm hadisəsi qeydə alınıb.
Bu haqda Qarabağ qazisi Rey Kərimoğlu Feysbuk hesabında yazıb.
O bildirib ki, qazi, polkovnik-leytenant Şahmurad Məmmədovun məhkəmədə ürəyi partlayıb, dünyasını dəyişib.
“Hadisə Sumqayıtda məkəmə qərarlarının icrası binasında baş verib. Məhkəmə və bank 5 uşaq atasının bütün pensiyasını borca yönəldibmiş. Kartı da bloklanıb”, - deyə Rey Kərimoğlu paylaşımında qeyd edib.
Qeyd edək ki, Şahmurad Məmmədov həm də QHT rəhbəri idi.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın