"Son təxribatlar bir daha göstərir ki,Ermənistan törətdiyi hərbi cinayətlərə görə terrorçu ölkə kimi tanınsın"

"Son təxribatlar bir daha göstərir ki,Ermənistan törətdiyi hərbi cinayətlərə görə terrorçu ölkə kimi tanınsın" -Aqiyə Naxçıvanlı

Erməni silahlı birləşmələrinin 13 sentyabr tarixində törətdikləri növbəti təxribat bir daha göstərir ki, Azərbaycan xalqının ən güclü silahı Prezident İlham Əliyevin yürütdüyü daxil siyasət sayəsində cəmiyyətimizdə formalaşmış milli həmrəyliyimiz, Ali Baş Komandanın ətrafında yaranmış sarsılmaz birliyimizdir.

  Bu gün ölkəmizdə həmrəylik mühitinin və ictimai-siyasi sabhitliyin qorunub-saxlanması və daha da gücləndirilməsi müstəsna əhəmiyyət kəsb edir. Məsələ bundadır ki, 13 sentyabr insidenti, Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində düşmənin törətdiyi genişmiqyaslı təxribatlar rəsmi İrəvanın hələ də ölkəmizə qarşı revanşist və işğalçı planlarından əl çəkmədiyini göstərir. Açıq-aşkar görünür ki, Ermənistan regionda sabitlik, davamlı inkişaf və sağlam dialoq mühitinin formalaşmasını hər vəchlə ləngitməyə, bununla da Cənubi Qafqazda forpost rolunu oynayan bu ölkəni hər zaman təsir altında saxlayan destruktiv qüvvələrin maraqlarını təmin etməyə çalışır.”

Faktinfo.az xəbər verir ki,bu sözləri AZƏRTAC-a Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

  Deputat əlavə edib  ki, bu gün dünya ölkələri, beynəlxalq təşkilatlar regional sülhü təhdid edən Ermənistanı qınamaqda, rəsmi İrəvanı sülhə çağırmaqda daha fəal olmalıdırlar. “Yaranmış vəziyyətdə Ermənistanın yol verdiyi hərbi təxribatlar və ölkəmizə qarşı revanşist planlarını reallaşdırmaq cəhdləri beynəlxalq ictimaiyyət tərəfindən şiddətlə qınanılmalı, rəsmi İrəvandan beynəlxalq normalara riayət edilməsi ciddi şəkildə tələb olunmalıdır. Cənubi Qafqazda gedən proseslərə və ümumiyyətlə qonşu ölkələrlə münasibətlərin qurulmasında gözlənməli olan əsas prinsiplərə yanaşmada Ermənistan və Azərbaycan arasında aşkar müşahidə olunan fərqlilik ölkəmizin üstünlüyünü, beynəlxalq hüquq normalarına sadiqliyini göstərir. Prezident İlham Əliyevin regionda sülh çağırışlarına rəğmən rəsmi İrəvanın Ermənistanda revanşizm əhvalının dəstəkləməsi faktı ədalətli mövqelərdən və beynəlxalq hüququn normalarından çıxış edən Azərbaycana rəğbəti və tərəfdaş ölkələrinin sayını artırmalıdır. Artıq beynəlxalq ictimaiyyət ikili standartlar siyasətindən əl çəkməli, sülhə və tərəqqiyə dəvət edən Azərbaycan ilə beynəlxalq terror və yeni münaqişələr üçün zəmin yaradan, milli şovinizmi təbliğ edən Ermənistan arasında seçim etməlidir. Son təxribatlar bir daha göstərir ki,rəsmi İrəvan dünyada hərbi cinayətkar və terrorçu ölkə kimi tanınmalıdır və törətdiyi bütün hərbi cinayətlərə görə hüquqi məsuliyyət daşımalıdır”, – deyə A.Naxçıvanlı vurğulayıb.

  Milli Məclisin deputatı onu da bildirib ki, 13 sentyabr tarixli hadisələrin ətrafında radikal müxalifət tərəfindən tirajlanan qərəzli ritorika ölkəmizdə qeyri-sabitlik yaratmağa yönəlmiş cəhd kimi qiymətləndirilməlidir. Son hərbi təxribatlar ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı Ermənistanın növbəti hücum cəhdidir. Yaranmış vəziyyətdə Azərbaycan dövləti, Azərbaycan ordusu adekvat tədbirlər görməyə, ərazilərimizin və insanlarımızın təhlükəsizliyini təmin etməyə borcludur və bunu da böyük uğurla edir. Əgər ölkə daxilində və ya Azərbaycanın hüdudlarından kənarda mövcud olan hansısa radikal qüvvələr fərqli düşünürlərsə, bu, onların öz problemləridir. Azərbaycanın cavab tədbirləri görmək haqqını danmaqla, əldə olunan əhəmiyyətli nəticələrin önəmini şübhə altına almaqla özlərini ermənipərəst qüvvələrlə bir sıraya qoyan bu insanların fikir və düşüncələri Azərbaycan xalqı üçün heç bir əhəmiyyət kəsb edə bilməz.

  Ermənistanın hərbi-siyasi rejiminin davamlı təxribatları təkcə Azərbaycan üçün deyil, eynim zamanda bütün region üçün təhdiddir. Habelə bu təxribatlar bu gün Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasına xaincəsinə zərbə endirmək cəhdidir. Bununla da sentyabrın 12-13-də baş vermiş təxribat təkcə Azərbaycanın yox, ümumiyyətlə, bütün Cənubi Qafqazın iqtisadi və siyasi aktuallığının artmasına qarşı yönəlmiş növbəti terror aktı kimi qiymətləndirilməlidir. Prezident İlham Əliyev iyun ayının 27-də Kəlbəcər rayonunda komando hərbi hissəsinin açılışında deyib: “Bu gün dünyada güc amili ön plandadır, beynəlxalq hüququn norma və prinsipləri işləmir”. Son hadisələr möhtərəm dövlət başçımızın nə qədər haqlı olduğunu və dövlətimiz tərəfindən hərbi quruculuq istiqamətində atılan addımların müstəsna əhəmiyyətini bir daha sübut etdi. Birmənalı olaraq demək lazımdır ki, bu gün Ermənistana dəstək göstərən və təxribatlara göz yuman ölkə və təşkilatlar regionun inkişafını istəməyən və əngəlləməyə çalışan qüvvələrdir. Yalnız Azərbaycanın inkişafı və ölkəmizdə siyasi sabitliyin qorunması bütün Cənubi Qafqazın davamlı inkişafının zəmanəti ola bilər.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi