Soydaşlarımızın hüquqlarına qənim kəsilən molla rejimi - VİDEO
İranda insan haqlarının vəziyyəti həm iranlı fəallar, həm də beynəlxalq insan haqları təşkilatları, QHT-lər tərəfindən tənqid olunur.
İran konstitusiyasında bu ölkədə yaşayan xalqlara və etnik qruplara mədəni hüquqların verilməsi nəzərdə tutulsa da, nədənsə bu haqlar azərbaycanlılara çox görülür.
Azərbaycanlılar bu ölkə əhalisinin əhəmiyyətli hissəsini təşkil edirlər və onların sayı 30-35 milyon ətrafındadır. Üstəlik, burada yaşayan soydaşlarımız İranın istər mədəni, istərsə də ictimai-siyasi həyatında müstəsna xidmətlər göstəriblər. Amma bu gün bu dövlətə rəhbərlik edənlərin azərbaycanlılara qarşı sərgilədikləri amansız mövqe nə insan hüquq və azadlıqları, nə də dinimizin buyurduğu prinsiplərə uyğun gəlir.
Politoloq Anar Əliyev məsələ ilə bağlı qeyd edib ki, İran artıq böyük “xalqlar həbsxanası”na çevrilib. Fars-molla rejimi şovinizmə söykənərək soydaşlarımızı sıxışdırır, onların milli hüquqlarını tapdalayır, Azərbaycan dilinin inkişafına, cəmiyyətdə aparıcı mövqedə olmasına imkan vermir. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz təhrif olunur. Bütün bu haqsızlıqlara etiraz edən azərbaycanlılar ən ağır cəzalara məruz qalırlar. Onların içində qətlə yetirilənlər, uzun müddət həbsə məhkum edilənlər və hansısa bir yolla canını götürüb xaricə mühacirət edənlər də var.
Ətraflı Baku TV-nin süjetində:
Bu xəbər üçün şərh yazın