Süleymaninin dəfnində 40 nəfər öldü
İranın Kirman şəhərində general Qasım Süleymaninin dəfn mərasimində yaşanan izdihamda ölənlər var.
APA.az-ın məlumatına görə, bunu İranın Təcili Tibbi Yardım Xidmətinin rəhbəri Pirhüseyn Kulivənd deyib.
İran dövlət televiziyası Qasım Süleymaninin dəfn mərasimində 35 nəfərin öldüyü, 48 nəfərin isə xəsarət aldığını bildirib.
***
İranın Kirman şəhərində Qasım Süleymaninin dəfn mərasimində yaşanan izdihamda ölənlərin və xəsarət alanların sayı artır.
Ölkənin Təcili Tibbi Yardım Xidmətinin yaydığı məlumatda izdihamda ölənlərinin sayının 40-a, yaralananların sayının isə 213-ə çatdığı bildirilir.
Qeyd edək ki, izdihamda kütləvi ölənlərin və yaralananların olması ilə əlaqədar Q.Süleymaninin dəfn mərasimi təxirə salınıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın