Sumqayıt Dövlət Texniki Kolleci niyə davamlı şəkildə hədəf seçilir?

Sumqayıt Dövlət Texniki Kolleci niyə davamlı şəkildə hədəf seçilir? -Təhsil müəssisəsinin fəaliyyəti müsbət meyarlara cavab vermir?

Hazırda qış imtahan sessiyası vaxtı olduğundan təhsil müəssisələrində baş verənlər diqqət mərkəzindədir.

Semestr imtahanlarının gedişi ilə bağlı fəaliyyəti təqdir edilən təhsil ocaqları da var, fəaliyyəti narazılıq doğuran da.

Ancaq təəssüf ki, bəzi saytlar ağına-bozuna baxmadan, ciddi araşdırma aparmadan bir sıra təhsil müəssisələrinə qarşı qarayaxma kampaniyası aparmaqla məşğul olurlar. Bu mənada son günlər davamlı və məqsədli şəkildə haqsız tənqid hədəfinə çevrilən təhsil ocaqlarından biri də Sumqayıt Dövlət  Texniki Kollecidir.

Məlumatı olanlar yaxşı bilir ki, bu kollec ölkənin ən köklü, ən nüfuzlu orta ixtisas məktəblərindən biri kimi tanınır. Burada yetişdirilən kadrlara demək olar ki, ölkəmizin bütün bölgələrində rast gəlmək mümkündür.

O ki qaldı kollecin direktoru Mətanət Pirquliyevanın hədəf seçilməsinə,bu da təsadüfi sayılmamalıdır.Belə görünür ki,M.Pirquliyevanın zamanla KİV-nümayəndələrinə göstərdiyi diqqət və humanizim prinsipləri indi  onun əleyhinə işləyir.Yəni,kollecdə imtahan sessiyasının şəffaf keçirilməsi kimləri isə qane etmir.

Məhz buna görə, bəzi saytlar kollecin uğurlarına kölgə salmağa çalışır, imtahanların  gedişini izləmədən, müəllim və tələbələrlə, eləcə də valideynlərlə söhbət aparmadan bir sıra xoşagəlməz fikirlər səsləndirirlər. Həmin saytların yazdığına görə, guya kollecdə hər şey pulla həll edilir, bir imtahana görə ən azı 50 manat tələb olunur, bir sessiya hər tələbəyə 350 manata başa gəlir. Üstəlik də, yaxşı oxuyanla zəif tələbəyə fərq qoyulmur, hər kəsdən pul tələb edilir. Ancaq bu ittihamı irəli sürənlər ortaya bircə fakt da qoymurlar. Yəni,cəmiyyət haqqında olan qanunauyğunluqla təsvirin yerini dəyişik salırlar.

Dərsə davamiyyətlə bağlı ciddi nöqsanlardan,jurnalların  tez-tez müəllimlər tərəfindən qaralanmasından yazırlar. Ancaq araşdırmırlar ki, bu faktlar  həqiqətə uyğundu,yoxsa yox... 

 Qara yaxmaqda mahir olan məlum saytların daha bir iddiasına görə, kollecdə qrup nümayəndəsi təyin olunmaq üçün 400-500 manat rüşvət alınır. Bu iddianın da  böhtan xarakterli olduğu açıq-aşkar sezilir. Axı, heç universitetlərdə belə qrup nümayəndəsi olmağa görə, bu qədər pul tələb olunmur, o ki qalsın adi bir kollecdə.

Atalar da yaxşı deyib: “Yalan ayaq tutar, yeriməz”. Bu cür böhtan, iftira dolu yazılarla nəyəsə nail olmaq artıq mümkün deyil.

Tək-tük neqativ hallara görə (əgər belə hallar varsa), bütöv bir kollektivə ləkə yaxmaq, onsuz da yaşayış səviyyəsi o qədər də yüksək olmayan  müəllimləri bu şəkildə  faktsız-subutsuz qarayaxmalarla aşağılamağa çalışmaq yersizdir.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi