Suriyalı qaçqınlar:Gəlmələr təkcə türklərin yox, həm də digər türkdillilərin çörəyini əlindən alır - Təhlil

Suriyalı qaçqınlar:Gəlmələr təkcə türklərin yox, həm də digər türkdillilərin çörəyini əlindən alır - Təhlil 

Sayı üç milyona çatmış suriyalı qaçqınların böyük bir qisminin ölkələrinə geri dönmə ehtimalının aşağı olduğunu xatırlatmaqda fayda var. Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzinin (ORSAM) 2015-ci il tarixli hesabatı suriyalıların 78%-inin imkan olduğu təqdirdə, Türkiyədə qalmaq istədiklərini göstərir.

Ən güclü ehtimallar yaxın zamanlarda türkiyəlilərin bu gerçəklə yaşamalı olduğuna işarə etsə də, içində olduğumuz insani böhranın ictimai və iqtisadi təsirlərini necə azaldacağımız müzakirəsi təxirə salınan sosial siyasət məsələlərinin başında durur.

Suriyalı qaçqınların Türkiyənin iqtisadiyyatına təsirlərinə dair bu günə qədər aparılan araşdırmalar iqtisadi böyümə üzərində – müsbət, məşğulluq məsələsində isə mənfi təsir olduğunu göstərir. Minimum səviyyədə xərcləmə etsələr belə, milyonlarla suriyalının varlığı tələb artımı mənasını verir və 2015-ci ildə ümumi hasilata onların 0,5%-dən 1,7%-dək qatqı təmin etdiyi düşünülür. 

Türkiyəyə qaçan qaçqınların özlərilə əlaqə şəbəkələrini da daşımaları nəticəsində xüsusilə cənub-şərqdəki vilayətlərdən Suriyaya edilən ixracatda ciddi bir artım görülür. Türkiyə Odalar və Birjalar Birliyinin (TOBB) rəqəmlərinə görə, ən az bir suriyalı ortaqla qurulan firmaların sayı 2016-ci ilin sonunda az qala 6 minə çatıb.

Digər tərəfdən, Türkiyə Respublikası Mərkəzi Bankının araşdırmaçılarına görə, suriyalılar xüsusilə aşağı xüsusiyyətli işlərdə yerli iş gücü ilə rəqabət aparır və bu, işsizliyin artmasına səbəb olur. Ən çox təsir isə qadın və gənclərin məşğulluğunda görünür.

2016-cı ildə edilən tənzimləmə ilə Türkiyədə qurulan şirkətlərə, eyni iş yerində çalışan türk vətəndaşı sayının 10%-ini keçməməsi şərti ilə, suriyalıları işəgötürmə imkanı tanındı. Bu tənzimləmə Türkiyədə fəaliyyət göstərən bütün firmaları əhatə etdiyi üçün, firmalar suriyalılar tərəfindən qurulsa belə, ağırlıqlı olaraq türk vətəndaşlarının məşğulluğuna fayda verir. Kiçik və ya orta şirkətlərə bu tənzimləmənin hər hansı bir icbari qüvvəsi yoxdur, çünki işə götürdükləri suriyalıların qeydiyyatdan xarici olma ehtimalı yüksəkdir. 

Yenə ORSAM-ın hesabatına əsasən, suriyalıların 41%-inin gündəlik gəliri 20-29 TL, 21%-ninisə 30-39 TL arasındadır. Bu rəqəmlər suriyalıların minimum gəlirə sahib olduğuna işarə edir. Ancaq təəssüf ki, kiçik şirkətlərdə qeyddə alınan suriyalılarla bağlı məlumatlar əksərən saxtadır. Çünki Türkiyədəki statistika Ünvana Söykənən Əhalini Qeydəalma Sistemi ilə toplanır və daimi iqamətgahları olmadığından suriyalılar rəsmi statistikalarda iştirak etmir.

Buna görə də bu tənzimləmənin hər hansı bir təsirindən bəhs etmək üçün daha böyük miqyaslı şirkətlərin yaratdığı məşğulluğa baxmaq lazımdır. 2009-2016-cı illər arasında zəruri sığorta məlumatları suriyalıların firma sayındakı artımın ümumi məşğulluğa təsirinin olmadığını göstərir. Digər tərəfdən, suriyalı şirkətlərin sərmayələrindəki hər 1%-lik artım, təxminən 275 yeni iş yeri yaradır. Suriyalı şirkətlərin sərmayəsinin artması, eyni zamanda, real gündəlik qazancını da yüksəldiyini göstərir: 10%-lik artıma qarşı real qazanclarda təxminən 0,2%-lik artım.

Suriyalılar bu ana qədərki iqtisadi təsirlərinə dair bildiklərimiz bunlarla məhduddur. Ancaq önümüzdəki dövrdə üç milyon suriyalının yaradacağı ictimai təsirlərin məhdudlaşdırılması  üçün Türkiyənin bir plana ehtiyacı olduğu şübhəsizdir. Suriyaya dönüş dərəcələrinin məhdud qalacağı bir ssenari ilə həm suriyalılar insanlığa yaraşan işlərdə çalışmalı, həm də yerli işsizlikdə artıma gətirib çıxarmayacaq tədbirlər hazırlamaq mümkün ola bilər.

Təbii Fəlakət və Təcili Yardım Rəhbərliyi Bakanlığı (AFAD) tərəfindən hazırlatılan hesabata görə, Türkiyədəki suriyalıların 80%-nin səkkiz illlik və ya daha az təhsili var və yalnız yüzdə 10-u universitet məzunudur. Aralarında müxtəlif peşə sahibləri olan (tornaçı, qaynaqçı və s.) mühacirlər xidmət sektorundakı işlərə daha çox rəğbət göstərərkən, onların istehsal sanayindeki iş ehtiyacları ödənmir.

Suriyalılar işlə təmin ediləcəyi digər bir sahədə əkinçilik sektorudur. Türkiyə 1980-ci illərdə əkinçilik istehsalda özünü təmin edən ölkələrdən biriyken bu gün bir çox məhsulda idxalatçısı vəziyyətindədir. Türkiyəyə bu sektorda rəqabət üstünlüyü qazanmaq üçün ucuz iş qüvvəsindən ağıllı istifadə edə bilər. yerli gənc əhalinin rəğbət göstərmədiyi kənd təsərrüfatı minlərlə suriyalı üçün məşğulluq qaynağına çevrilər. 

Son olaraq xüsusilə suriyalı qadınların uşaqlara və yaşlı adamlara qulluq göstərə biləcəyini qeyd edək. Bu gün ortabab və yüksək gəlirli ailələr bu sahədəki ehtiyaclarını Gürcüstan və türk respublikalarının hesabına ödəyirlər. Əmək və Sosial Mühafizə Nazirliyinin məlumatlarına görə, 2015-ci ildə 8 min 524 gürcü, 3 min 323 türkmən, 4 min 274 qırğız, 2 min 319 özbək, min 349 qazax Türkiyədə işləmə icazəsi alıb. 2015-ci ildə ev içisi kimi çalışan personal icazələrinin sayı ümumi 16 min 825 (15% artım) olub.

Günəş Aşıq

"Al-Monitor"


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər