Tağı Əhmədovdan qalan borca görə “Bakı Metropliteni” məhkəməyə verilib

Tağı Əhmədovdan qalan borca görə “Bakı Metropliteni” məhkəməyə verilib 

Əmlak Məsələləri Dövlət Komitəsi “Bakı Metropoliteni” QSC-nin İctimai İaşə Kombinatını məhkəməyə verib.

“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, buna səbəb İctimai İaşə Kombinatının icarə haqqı ilə bağlı yaranan borcudur.

“Əmlak Məsələləri Dövlət Komitəsi 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə cari ilin iyulun 26-da müraciət edərək, vaxtilə Dövlət Əmlak Nazirliyi ilə Bakı Metropolitenin İctimai İaşə Kombinatı arasında qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə 12.01.2001-ci il tarixli 3625/2609 nömrəli icarə müqaviləsi bağlandığını, 23.03.2001-ci il tarixdə isə ona xitam verildiyini, müqavilənin qüvvədə olma müddəti ərzində icarə haqqı üzrə 590,66 manat borcun yarandığını bildirib və həmin borcun Bakı Metropolitenin İctimai İaşə Kombinatından tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş edib”, – deyə məlumatda bildirilir.

Həmçinin qeyd olunub ki, hazırda bu iş üzrə məhkəmə prosesi davam edir.

Qeyd edək ki, 1998-2014-cü illərdə “Bakı Metropoliteni” QSC-yə Tağı Əhmədov rəhbərlik edib. /Finans.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər