Tahir Kərimli: “Xalqımız layiq olduğundan 4 dəfə aşağı səviyyədə yaşayır”
“Azərbaycanda milli gəlir (məcmu ÜDM) elan edildiyi kimi 50 deyil, 100 milyard dollardır, yəni adambaşına düşən 5 min deyil,10 min dollardır.
Biz ağzına kimi dolu bahalı restoranları, bahalı avtomobilləri gördükdə dövlətin nə qədər zəngin, ağzına kimi dolu xəstəxanaları, çayxanaları gördükdə isə nə qədər kasıb yaşadığımızı təsəvvür edirik. Sual olunur: Bu nədən belədir? Ədalətsiz bölgüdən, oğurluqdan, kölgə iqtisadiyyatından…”
Pravda.az-ın xəbərinə görə, bunu deputat Tahir Kərimli bildirib.
Təsəvvür etsək ki, milli gəlirin yarıdan çoxu xarici banklara və investisiyalara, mülklərə qoyulur: “İddia edirəm ki, xalqımız layiq olduğundan ən azı 4 dəfə aşağı səviyyədə yaşayır. Ona görə də parlamentdə iqtisadi amnistiya, maliyyə hesabatlığı, anti-inhisar qanunu da daxil olmaqla, iqtisadi və icra hakimiyyətindən qurtulmuş məhkəmə islahatlarının gecikdirilmədən keçirilməsini zəruri hesab edirəm”.
Bu xəbər üçün şərh yazın