Təbriz bazarı da tətilə qoşuldu
Təbrizdə noyabrın 15-dən başlayan mağazalar, ticarət mərkəzləri və digər istehsal müəssisələrinin tətil aksiyası davam edir.
Sahibkarlar bu gün də dükanlarını açmaqdan imtina ediblər.
Məlumata görə, Təbrizin mərkəzində yerləşən mağazalarla yanaşı, şəhərin üstüörtülü bazarının işçiləri də ümumxalq tətilinə qoşulublar.
Təbrizlə yanaşı Ərdəbil, Urmiya, Zəncan və Güney Azərbaycanın başqa bir neçə şəhərində bir çox dükan sahibi tətil elan edib və dükanlarını bağlı saxlayıb./Axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın