TƏHSİLDƏ DƏ VƏRƏSƏLİK: Nazir prorektoru işdən çıxarıb, yerinə kürəkənini təyin etdi
Xəbər verdiyimiz kimi, Təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Kamran Rəsulov Azərbaycan Texniki Universitetində (AzTU) Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsinə təyin olunub.
Nazir AzTU-da prorektor olan Abuzər Mirzəliyevi tutduğu vəzifəsindən azad edərək, Kamran Rəsulovu prorektor vəzifəsinə təyin edib.
Qeyd edək ki, yeni təyin olan Kamran Rəsulov işdən çıxarılan Abuzər Mirzəliyevin kürəkənidir./Unikal.org
Xüsusi qeyd:Faktinfo.az saytının əldə etdiyi məlumata görə, Təhsil naziri Emin Əmrullayev təhsil sektoruna qohum-əqrəbasını, yaxın dostlarını,öz adamlarını yerləşdirməklə məşğuldur.
Bu isə o anlama gəlir ki,son 10 ildə təhsil sisteminin pis bir şəkildə idarəetmə ardıcıllığı davam etdiriləcəkdir.Bu hal isə narazılıqların biraz da artmasına səbəb olacaqdır.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın