Təklif edirəm ki, Bakının Müdafiə Komitəsini yaradaq, şəhəri fahişəxanaya çeviriblər…”

Təklif edirəm ki, Bakının Müdafiə Komitəsini yaradaq, şəhəri fahişəxanaya çeviriblər…” 

“Əvvəl bu fahişəxanaların qabağına motel, sonra otel və indi də hostel yazıblar. Nə edirlər etsinlər, mahiyyət isə bəllidir.

Bunlar Bakı kimi şəhərdə fəaliyyət göstərdi və heç kim bunu görmədi?! Çox maraqlıdır. Üç-dörd küçə bəzəyib düzəldiblər və ancaq onu göstərirlər”


Bunu Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Xalq artisti bəzi məmurların əxlaqımızı pozmaq üçün iş apardığını bildirib:


“Rahib Qəribin verilişinə baxıram və məlum olur ki, Bakı şəhərində onlarla tarixi binalar dağıdılıb, məhv edilib və yerində də əndrabadi göydələnlər tikilib. Bunu edənlər cəzasını almayanda vəziyyət bu yerə çatır. Dünyanın başqa yerlərində bu cür tarixi binaları qoruyurlar. Bu tarixi binaların içində üç dənə, Qırmızı kitaba düşən binanı söküb, dağıdıblar. Bütün bunları edənlər bəllidir və niyə bu adamlar haqqında bir ölçü götürmürlər? Proses hələ də davam edir. Dar bir küçəni sökürlər yerində elə nəhəng bina tikirlər ki, nəfəs almaq olmur. Binanın zirzəmisini isə fahişəxanalara çevirirlər”.


Şeyx Əbdül bütün bu məsələlərə qarşı mübarizə aparmaq üçün Bakı şəhərinin Müdafiə Komitəsini yaratmağı təklif edib:


“Mən bütün Bakı şəhər sakinlərinə, ziyalılarımıza müraciət edirəm ki, gəlin biz Bakı şəhərinin Müdafiə Komitəsini yaradaq. Özü də ki, bunu ictimai əsaslarla yaradaq və bunun dövlətə də heç bir ziyanı yoxdur. Sadəcə olaraq ana paytaxtımızı gəlir mənbəyinə çevirib, boğub, məhv edən bu cinayətkar qrupu ifşa edək. Bakı ölü şəhərə çevrilib. Bakı Şəhər İcra Hakimiyyəti deyən bir qurum var və bunun bünövrəsini qoyan, dövlətə xəyanət edən Hacıbala Abutalıbov kimi yaltaq, məddah bir adam evində oturub və xaraba qoyduğu yerlərə çıxmaq olmur. Bəs bu şəhərin rayon İcra Hakimiyyətləri hara baxır?! Mənim evimi sökəndə tikdikləri Qış parkında heç oturmaq olmur. Hacıbala hər yerə Qış parkı adı yazdırıb. Amma iclasda Prezident soruşdu ki, bu nə addır? Hacıbala dedi ki, Cənab Prezident, bundan xəbərim yoxdur. Bu adamlar yalançı, məddahdırlar, onlar millətə yox, kresloya xidmət edirlər. Bunlar nəfislərinə quldurlar”.


Onun sözlərinə görə bunu qəsdən edirlər və məqsəd isə xalqın mənəviyyatını korlamaqdır:


“Beşinci kolon deyilən bir xəyanətkar qrup, erməninin əlaltıları 44 günlük Vətən savaşında məğlub olduqları üçün ağıllı sürətdə siyasətlərini dəyişib əxlaqımızı korlayırlar. Bu xalqı məhv etmək üçün məqsəd onun əxlaqını, mənəviyyatını, milli ruhun, vətənpərvərlik eşqin məhv etməkdir. Onun da bu gün gözəgörünən tərəfi Bakı şəhərindədir və bunu da qəsdən edirlər. Bu işlə məşğul olan şəxslər ciddi şəkildə cəzalandırılıb ifşa olunmalıdır. Şəhərin bütün o tarixi yerlərinin hamısı fahişəxanadır. Heç kəs maraqlanmır ki, şəhərin küçələrindəki reklam lövhələri hansı dildə yazılıb. Ona görə də bir daha Azərbaycan xalqına və əsas da Bakı sakinlərinə müraciət edirəm. Artıq bu adamlardan heç nə gözləmək olmaz, gəlin ictimai əsaslarla elm adamlarından ibarət Bakı şəhərinin Müdafiə Komitəsini yaradaq. Birbaşa dövlətə xidmət etmək məqsədilə ciddi sürətdə işə başlamaq lazımdır. Bizə ən böyük ziyanı səhiyyə, əxlaq və dərman sahəsində vururlar. Əxlaq və fiziki sağlamlığımız planlı şəkildə məhv olunur. Narkomaniya, əxlaqsızlıq, mənəviyyatsızlıq baş alıb gedir. Bəs görə Bakı şəhər icra hakimiyyətinin başçısı hörmətli Eldar müəllim nə işlə məşğuldur. O gün Eldar müəllimin qəbuluna getmişdim, amma qapıda duran polis məni içəri buraxmadı”.


Şeyx Əbdül bir neçə gündür müzakirələrə səbəb olan Vahabzadə və Jirnovski mübahisəsinə də münasibət bildirib:


“Bütün Rusiya mətbuatı planlı sürətdə tökülüb İsfəndiyar Vahabzadənin üstünə. Bəs sən mənə qoyun deyəndə olar, mən sənə donuz deyəndə olmaz? Niyə Azərbaycan ziyalıları buna münasibət bildirmir, Vahabzadə nə deyib ki? Solovyov erməni agentidir, ermənilərin puluyla onlara xidmət edir. Amma başa düşmür ki, ermənilər onlara xidmət edən adamların hamısını bu günə kimi satıblar”.



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi