Tərtər hadisələrinin qurbanı yenidən dəfn edilıdi - "Onu əzabla öldürüblər..." + FOTO

Tərtər hadisələrinin qurbanı yenidən dəfn edilıdi - "Onu əzabla öldürüblər..." + FOTO 

Mayın 11-də Ordubad rayonunun Darkənd kənd qəbristanlığında Tərtər hadisələri ilə bağlı qətlə yetirilən leytnant Təmkin Nizami oğlu Quluzadə dəfn edilib.

Azpolitika.info xəbər verir ki, bu barədə Ordubad sakini Vidadi Yusifoğlu "Facebook" səhifəsində foto və məlumat paylaşıb. O bildirib ki, mərhum istintaq zamanı Vətənə xəyanətdə ittiham edilərək ağır işgəncələr nəticəsində həyatını itirən 13 hərbçidən biridir. T.Quluzadənin nəşi eksqumasiya edilərək əvvəl dəfn edildiyi yerdən çıxarılıb və yenidən torpağa tapşırılıb.

V.Yusifoğlu yazır ki, Təmkin Quluzadənin öldürüləndən sonra dəfni zamanı "Vətən xaini " kimi insanlarda ona qarşı nifrət yaradılmışdı. 

"Az qalırdı hamı dəmir qutu içərisindəki cansız bədənə lənət yağdırsın... Ancaq bu gün vəziyyət dəyişib, həqiqət şərə, yalana qalib gəlmək üzrədir. Məzarlığa gələnlər sükut və şübhə içində idilər. Hətta dəmir qutunun boş olduğuna inananlar da var idi. Aparılan təhqiqat işinin tələbinə görə prosedur zamanı heç kimi məzara yaxın durmağa icazə vermədilər. Ancaq əldə olunanlar qənaət yaratdı ki, mərhuma çox ağır işgəncə verilib. Onu əzabla qətlə yetiriblər. Mən eşitdiklərimə əsasən deyə bilərəm ki, Təmkini öldürənlər vəhşi olublar, onlara insan demək insanlığı təhqir etmək demək olardı. O cür qəddarlığı həyata keçirənlər inanmıram ki, bizim millətin nümayəndələri olsunlar. Bizdən olsaydılar, elə vəhşilik etməzdilər", -Orduban sakini yazıb.

V.Yusfioğlu təəssüflə qeyd edir ki, məzarın açılması, Təmkinin cəsədinin müayinə edilməsi onu bir daha cismən həyata qaytarmayacaq.

"Ancaq Təmkinin və onun kimi qətlə yetirlənlərin yaxınları o vaxt təskinlik tapacaqlar ki, günahkarlar cəzalarını alsınlar, kimin kim olduğu aşkarlansın. Qanun qanunsuzluq mifinə qalib gəlsin!",- o vurğulayıb.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər