“Tez-tez əfv sərəncamlarının verilməsi bu baxımdan məqsədəuyğun sayılmır”

“Tez-tez əfv sərəncamlarının verilməsi bu baxımdan məqsədəuyğun sayılmır” -Əliməmməd Nuriyev

“Bu ilin mart ayında cənab Prezident İlham Əliyev tərəfindən əfv sərəncamı imzalanıb. Əlbəttə, ölkə başçısı konstitusion səlahiyyətilərinə görə, nə vaxt istəsə, əfv sərəncamı imzalaya bilər.

 Adətən bir qayda olaraq, il ərzində bir əfv sərəncamı olur...”

 Bu sözləri Pravda.az-a “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev Yeni il və 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində məhkum edilmiş bir sıra şəxslərin əfv edilməsi ilə bağlı Prezident Sərəncamının olacağı barədə iddialara münasibət bildirərkən deyib.

 

Ə.Nuriyev vurğulayıb ki, hazırda əfvlə bağlı iclaslar keçirilmir:“Hazırda Əfv Komissiyasının iclasları keçirilmir. Bu ilin sonunda əfv sərəncamı olacağını güman etmirəm.Çünki tez-tez əfv sərəncamlarının verilməsi cinayət-hüquq siyasətinin həyata keçirilməsi baxımından məqsədəuyğun sayılmır”.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi