Türk ekspert:“Türkiyə ABŞ-ın böyük oyununu ancaq Əsədlə əməkdaşlıqda poza bilər” – Təhlil

Türk ekspert:“Türkiyə ABŞ-ın böyük oyununu ancaq Əsədlə əməkdaşlıqda poza bilər” – Təhlil 

PYD-yə verilmiş silahlar haqda ABŞ-ın Türkiyəyə verdiyi zəmanəti ciddi qəbul etmək lazım deyil.

Özcan Yeniçeri

Yeni Çağ (Türkiyə), 25.05.2017

 

Türkiyə öz xalqının təhlükəsizliyini öz iradəsi ilə təmin etmək üçün yetərincə güclüdür. Türkiyənin yalnız hərbi və siyasi zəifliyi Kürdüstan Fəhlə Patriyasına (PKK) həm ölkə sərhədləri daxilində, həm də qonşu ölkələrdə möhkəmlənmək imkanı verib.

Öz təhlükəsizliyini başqa ölkələrin xeyirxah niyyət və yardımına bağlayanlar təhlükəsizlikdə ola bilməz. Təhlükəsizlik mövcudluq və üstünlüyün təbii nəticəsidir. O, həvalə edilə bilməz!

AB və ABŞ-ın nə dediyinin fikrini çəkməklə Türkiyə vətəndaşlarının təhlükəsizliyini riskə atmaq olmaz. Terrorçuların Qəndildə iştirakına göz yumanları mühakimə etmək lazımdır!

Hazırda ABŞ-ın mövqeyi aydın olarkən Türkiyə istənilən riskə gedərək öz təhlükəsizliyinin təminatı üçün gərəkən hər şeyi etməlidir. Çünki edilməsi gərəkən birinci şey terrorçulara Qəndildə yerləşməyə imkan verməməkdir. Qəndili terrorçulardan təmizləmək və bu bölgədə başı üzərində ayrapalı və qırmızı ulduzlu bayraq yellənən türk qarnizonu yerləşdirmək lazımdır.

Digər tərəfdən, Türkiyə Təl-Əbəd, Afrin, Sincarda yerləşmiş və Türkiyə üçün strateji təhlükə təşkil edən “Demokratik Birlik” Partiyasının ünsürləri ilə qarşıdurmaya hər cür hazırlıq görməlidir.

Türkiyə Rakkada əməliyyatın başlanması ilə bu üç bölgəyə münasibətdə taktiki əməliyyatlar həyata keçirməlidir. Milli təhlükəsizliyimizə təhdid yaradan terrorçuların düşərgələrini məhv etmək lazımdır. Türkiyə öz təhlükəsizliyini zəmanətə almaq istəyirsə, özü risk etməli və təşəbbüs göstərməlidir. Baş verənləri sadəcə izləmək və müşahidə etmək problemi həll etməyəcək, daha da ağırlaşdıracaq.

PYD-yə verilmiş silahlar haqda ABŞ-ın Türkiyəyə verdiyi zəmanəti ciddi qəbul etmək lazım deyil. ABŞ hər dəfə Türkiyə rəhbərliyinin sayıqlığını mürgüyə verəndə verdiyi vədləri yaddan çıxardıb və məkrli siyasətini dayandığı yerdən davam etdirib.

 

PYD – İsrailin təhlükəsizliyinə zəmanətdir!

 

Tamamilə aydındır ki, ABŞ Suriya-İraq-Türkiyə oxu üzrə müəyyən proseslər çərçivəsində vahid, müstəqil Kürdüstan yaradılmasına hədəflənib. Bu məqsəd xatirinə 1991-ci ildə İraqa soxulmuş ABŞ kürd dəstələrini ailələri ilə birlikdə (on min nəfər səviyyəsində rəqəm göstərilir) əvvəlcə Quam adasına göndərdi. Bu günki Şimal İraqın məmur, inzibati və siyasi heyətinin əhəmiyyətli qismini ABŞ-da təhsil almış bu adamlar təşkil edirlər. ABŞ-ın bu dəfə Suriyanın şimalındakı müttəfiqi PYD ilə oxşar oyun törətməyəcəyinə heç bir zəmanət yoxdur.

ABŞ Səddama qarşı müdaxilə üçün yolladığı silahları da Şimal İraqda qoyub.

 

PYD deyil, ABŞ üçün strategiya hazırlamaq!

 

İraqda bir Amerika polkovniki deyib ki, “müdaxilə bitəndə göndərilən ağır silahlar kürdlərə qalacaq və onlar bu silahlarla Türkiyəyə qarşı vuruşacaqlar”.

Eyni hal bu dəfə Şimal Suriyada baş verir. PYD-ə verilən ağır silahlar, göstərilən logistik dəstək İŞİD-ə deyil, Türkiyəyə qarşı istifadə olunacaq. Türkiyə ali rəhbərliyi sayıq olmalıdır. ABŞ PYD-i İsrailin təhlükəsizliyinə zəmanət qismində dəyərləndirir. Bununla bağlı İraq-Suriya-Türkiyə oxu üzrə strateji plan hazırlayıb və hazırda onu tətbiq edirlər. ABŞ-ın qısa, orta və uzun müddətli perspektivdə atdığı bütün addımlar bu plan çərçivəsində həyata keçirilir. Türkiyə-Amerika danışıqlarında gözə dəyirdi ki, tərəflər guya üzdə bir-biri ilə dilxoşluq edir, kadr arxasında isə dalaşırlar.

Türkiyə ABŞ-a göstərməlidir ki, bölgəyə nisbətdə onun niyyətlərini və bu məqsədlə hansı oyunçulardan yararlanmaq istədiyini anlayır. Bunun üçün əks-fəaliyyət planı işlətmək gərəkdir.

 

Türkiyə Suriyanın ərazi bütövlüyünü müdafiə etməlidir!

 

ABŞ-ın məqsədi Suriyanı inzibati baxımdan bir-birindən ayrı bir neçə muxtar struktura bölmək, sonra isə onları zəif iplə mərkəzə bağlamaqdır. ABŞ-ın strateji hədəfi federal Suriyadır. Bununla belə, Türkiyənin marağı unitar Suriyadır.

Suriyanın ərazi bütövlüyü təminatı Türkiyənin strateji hədəfi olmalıdır. Suriyanın ərazi bütövlüyünü isə yalnız Dəməşq hökumətinin bütün ölkədə üstünlüyünü təşkil etməklə təmin etmək olar.

Türkiyə Əsədin taleyi ilə məşğul olmaqdan əl çəkməlidir. Əsəd – Suriya xalqının məsələsidir. Türkiyə ABŞ-ın böyük oyununu  ancaq Əsədlə əməkdaşlıqda poza

bilər. Və yalnız bu halda Rusiyanın dəstəyini ala bilər. Ağıl məhz bunu hökm edir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi