Türk ordusu Suriya sərhədinə yeridildi
Türkiyə hərbi texnikaları və xüsusi təyinatlı qüvvələri Suriya ilə sərhəddə yerləşən Kilis vilayətinə yerləşdirilib.
Axar.az xəbər verir ki, bu barədə DHA agentliyi məlumat yayıb.
Bildirilib ki, tankları, ağır artilleriyanı və hərbçiləri daşıyan 100 hərbi maşın artıq sərhədə çatıb və texnikanın bir hissəsi Suriyanın sərhəd ərazilərinə yerləşdirilib.
Qeyd edək ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bir müddət öncə YPG-nin nəzarətində olan Menbiçə əməliyyatın başladılacağı ilə bağlı xəbərdarlıq etmişdi.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın