“Türkiyə NATO üzvü kimi, müstəqil siyasət aparır” – Putin

“Türkiyə NATO üzvü kimi, müstəqil siyasət aparır” – Putin 

“Rusiya ilə Türkiyənin maraqları üst-üstə düşməsə də, Suriya böhranının həll olunması üçün birgə güzəştli məqamlar tapa bilirlər”.

Bunu Rusiya Prezidenti Vladimir Putin Moskvada keçirdiyi illik mətbuat konfransında iki ölkə arasındakı münasibətlərlə bağlı sualı cavablandırarkən deyib.

“Məncə, Rusiya ilə Türkiyə arasında istər iqtisadiyyat, istərsə də təhlükəsizlik sahəsində münasibətlərin inkişafından razı qala bilərik. Bəzi məsələlərdə maraqlarımız üst-üstə gəlməsə də, Suriya böhranının həll olunması üçün güzəştli variantlar tapa bilirik. Bu məcrada Türkiyənin, türk xalqının milli maraqlarına hörmətlə yanaşırıq”, – deyən dövlət başçısı Türkiyənin Suriyada böhranın həllini, terrorla mübarizəni, Rusiya ilə münasibətlərin inkişafını dəstəkləyən güzəştlərə getməyə hazır olduğunu qeyd edib.

Rusiya Prezidenti Türkiyənin NATO üzvü kimi müstəqil xarici siyasət yeritdiyinə yüksək dəyər verdiklərini vurğulayıb: “Bu, münasibətlərimizin dayanıqlı və sabit inkişafına şərait yaradır. Bu mənada, Türkiyənin hazırkı Prezidentinin rolu böyükdür”.

V.Putin həmçinin fəaliyyəti barədə yüksək fikirlər bildirdiyi Mustafa Kamal Atatürkü “Türkiyə tarixinin görkəmli xadimi” şəklində səciyyələndirib və Rusiyanın böyük dostu adlandırıb: “O, türk dövlətçiliyinin qorunub saxlanılması və bərpasında olduqca parlaq səhifə açıb”.

Report.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi