Türkiyədən pomidor idxalı 3 dəfə artırılacaq- Müvafiq əmr layihəsi hazırlanıb
Rusiyanın Kənd təsərrüfatı nazirliyi Türkiyədən pomidor idxalını 3 dəfə artıraraq 150 min tona çatdırmaq niyyətindədir.
ONA.az-ın TASS-a istinadən yaydığı xəbərinə görə, bu haqda müvafiq əmr layihəsi hazırlanıb.
Qeyd edək ki, 2017-ci il noyabrın 1-dən Türkiyədən Rusiyaya pomidor idxalının kvotası 50 min ton təyin olunub.
2019-cu ilin əvvəlində bu kvota 50 mindən 100 min tona qədər artırılsada bazarda təsiri minimal olub.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın