“Türkiyəni NATO-dan çıxarmaqdansa , Ərdoğansız Türkiyəyə hazırlaşmalıyıq”

“Türkiyəni NATO-dan çıxarmaqdansa , Ərdoğansız Türkiyəyə hazırlaşmalıyıq” -ABŞ generalı

Türkiyənin Rusiyadan S-400 raket kompleksi almasını əngəlləyə bilməyənlər "Ərdoğansız Türkiyə" planlanlarına start veriblər.

Türkiyənin F-35 proyektindən kənarlaşdırılması üçün çalışan müttəfiqlər bununla da kifayətlənmək istəmirlər. "Yeni Şəfəq" qəzetinin xəbərinə görə, qlobal media şəbəkəsini idarə edən İsrail lobbisi  Ərdoğandan sonrakı dövrə hazırlıq çağırışları edir.

Bu barədə Musavat.com Türkiyə mediasına istinadən məlumat verir. 

İttifaq üzvləri isə Türkiyəni NATO-dan da çıxararaq, Ankaraya bunun bədəlini ödətmək istəyirlər.

"Bütün bunlar onu göstərir ki, qərb dünyasının tək dərdi Türkiyənin Rusiyadan S-400 alması deyil, bu məsələ daha böyük çevrilişlər üçün sadəcə bəhanədir" - qəzet yazır.

Türkiyəyə qarşı mütləq böyük cəza tədbirlərinin görülməsi fikrində olan "Wall street" jurnalının əməkdaşları media vasitəsilə kəskin fikirlər bəyan edir.

"Ərdoğana sonsuzadək iqtidarda olmayacaq. Ondan sonra gələcək şəxs qərbə düşmənlik məsələsini bir daha düşünməlidir. Türkiyəyə cəzasını Tramp verməsə də, müttəfiqlər verəcək" – deyə bir yazıda qeyd olunub.

ABŞ ordusunun sabiq generalı Ben Hocez də dəvət aldığı verilişdə "Ərdoğandan sonranı" düşünməliyik çağırışını edib.

"Türkiyə-ABŞ əlaqələrinin ilk versiyası çox güman ki, bu il sona çatacaq. Lakin biz bu əlaqələrin ikinci versiyası və Ərdoğansız Türkiyə haqda düşünməliyik. Rusiyadan S-400 alınması isə Ərdoğanın sadəcə şəxsi istəyilə gerçəkləşib".

"Bəs Ərdoğan hakimiyyətdə qalmağa davam etsə?" - sualına cavab olaraq Hoces deyib: "Bu, çox çətin olar hər kəs üçün. Lakin hər iki tərəf geostrateji çərçivədə hərəkət etməlidir. Türkiyəni itirməyi gözə ala bilmərik".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi