Üç yaşlı qıza təcavüzə görə xalq küçələrə axışdı - FOTOLAR

Üç yaşlı qıza təcavüzə görə xalq küçələrə axışdı - FOTOLAR 

Hindistanın nəzarətində olan Cammu Kəşmirin Sumbal bölgəsində minlərlə insan 3 yaşlı qıza təcavüzə etiraz olaraq küçələrə axışıb./musavat.com

Qızcığaz qonşusu tərəfindən aldadılaraq məktəbə aparmaq adı ilə zorlanıb. Hazırda onun xəstəxanada müalicə edildiyi xəbər verilir.

Etirazçılar iddia edirlər ki, şübhəli şəxsin yaşının saxta doğum sənədi ilə kiçildilməsinə çalışılır. Motosiklet təmirçisi olduğu deyilən 20 yaşlı şəxsin saxta sənədlə 13 yaşda göstərildiyi deyilir.

Bu halda məhkəmə onun yaşının azlığını nəzərə alaraq ömürlük həbs verməyə bilər. Prokurorluq saxta sənəd məsələsini də araşdırır.

Sumbal bölgəsində davam edən xalq qəzəbini yatırmaqda polis çətinlik çəkir və qarşıdurmalar yaşanır.

Küçə nümayişlərində 100-dən çox aksiyaçının yaralandığı bildirilir. Şəhər rəhbəri Basir Xan isə etirazçıları sakitləşməyə çağırır və ədalətin yerini tapacağını bildirir.

Qeyd edək ki, Hindistanda təcavüz halları tez-tez yaşanır. Hökumət bu istiqamətdə addımlar atmağa, cəzaları sərtləşdirməyə çalışsa da, bu cür cinayətlərin olmadığı həftə yoxdur.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər