Ukrayna paytaxtı boşaldır: “Kiyevi tərk edin” - Kliçko əhaliyə səsləndi

Ukrayna paytaxtı boşaldır: “Kiyevi tərk edin” - Kliçko əhaliyə səsləndi 

Kiyev meri Vitali Kliçko Rusiya hücumları səbəbindən sakinlərə mümkün olduqda Ukrayna paytaxtını müvəqqəti olaraq tərk etməyə çağırıb.

Cebheinfo.az xəbər verir ki, “Agence France-Presse” agentliyinə verdiyi müsahibədə Kliçko şəhərin "sağ qalma rejiminə" girdiyini bildirib.

Rusiyanın vacib infrastruktura zərbələri nəticəsində yaranan böyük bir böhran təhlükəsi səbəbindən bunu edə bilən sakinlərə Ukrayna paytaxtını müvəqqəti olaraq tərk etməyi tövsiyə edib.

8 oktyabr günortadan sonra və axşam Rusiya ordusu Kiyevdəki böyük bir enerji obyektinə hücum edib. Ukraynanın energetika naziri Denis Şmıxal əlavə məlumat vermədən hücumu elan edib.

Kliçko AFP-yə bildirib: "Nə qədər yaxşı hazırlaşsaq da, hava hücumundan müdafiə sistemlərimiz sıradan çıxarsa, özümüzü çətin vəziyyətdə tapa bilərik".

Eyni zamanda, Kiyev meri vurğulayıb ki, tam təxliyə nəzərdən keçirilmir: “Çünki bu, Putinin boş şəhərlərimizi ələ keçirməsi üçün ən yaxşı ssenari olardı".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər
⇪