Ukraynada qələbəyə inam kəskin artıb – SORĞU
Ukraynanın bütün bölgələrində ümid hissi maksimum səviyyədədir. Bu barədə martın 8-9-da sorğu keçirən “Reytinq” sosioloji qrupu məlumat yayıb.
Belə ki, sorğuda iştirak edən ukraynalıların 91%-i ölkədəki vəziyyəti düşünərək ümid, 6%-i isə ümidsizlik hiss edir.
Eyni zamanda, rəyi soruşulanların 57%-i Ukraynanın yaxın həftələrdə Rusiya ilə müharibədə qalib gələ biləcəyinə inanır. Respondentlərin cəmi 9%-i düşünür ki, müharibə altı ay və ya bir il, yaxud daha uzun müddət davam edəcək. Qələbəyə ümumiyyətlə inanmayanlar praktiki olaraq yoxdur. Bu suala cavab verməkdə çətinlik çəkənlər isə 16%-dir.
Bundan əlavə, respondentlərin 92%-i Ukraynanın Rusiya Federasiyasının hücumunu dəf edə biləcəyinə inanır. Cəmi 6%-də belə bir inam yoxdur. Ölkənin bütün bölgələrində qələbəyə inam hökm sürür.
Sorğular həmçinin göstərir ki, ukraynalıların 80%-dən çoxu Ukraynanın müdafiəsinə kömək edir.
“Reytinq” sorğuda iştirak edənlərin böyük əksəriyyətinin (97%) yaxın gələcəkdə Ukraynada qalmağı planlaşdırdığını bildirib.
Sorğuda Krım və Donbas istisna olmaqla, bütün regionlarda Ukraynanın 18 yaşdan yuxarı 1200 nəfər iştirak edib.
Xatırladaq ki, fevralın sonunda respondentlərin yalnız 70%-i Ukraynanın rus işğalçılarının hücumunu dəf edə biləcəyinə əmin idi. (segodnya.ua)
Bu xəbər üçün şərh yazın