UNEC-də tələbələr nədən etiraza qalxdı... -

UNEC-də tələbələr nədən etiraza qalxdı... - AÇIQLAMA

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dizayn məktəbinin tələbələri direktor Lalə Məmmədovadan şikayətçidirlər.

Bu haqda "Feysbuk” sosial şəbəkəsində "Tələbə tələbi” səhifəsində məlumat yayılıb.

Onların sözlərinə görə, məktəb direktoru sonuncu kursda oxuyanlardan ikinci yarım ilin təhsil haqqını – 900 manatı ödəmələrini tələb edir. Tələbələr bunun üçün iki gün vaxt verildiyini, əks-təqdirdə Lalə Məmmədovanın onları məzun ola bilməyəcəkləri ilə təhdid etdiyini bildirirlər.

Tələbələrin dediklərinə görə, birinci semestr üçün ödəniş etsələr də, direktor mayda etməli olduqları ikinci semestrin ödənilməsini tələb edir.

Onlar baş verənlərlə bağlı Təhsil Nazirliyinə də müraciət etdiklərini qeyd edirlər.

UNEC-in İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova "Toplum TV”-yə deyir ki, sosial şəbəkədə yayılan məlumat həqiqəti əks etdirmir.

"Bildiyiniz kimi, tələbə ödənişli əsaslarla universitetə qəbul olubsa, hər bir halda illik təhsil haqqının ödənilməsi ilə bağlı müqavilə imzalayır. 4-cü kurs tələbələri isə son semestrin təhsil haqqını ödəmədikləri halda, təbii ki, diplom almayacaqlar. Bu səbəbdən Lalə Məmmədova tələbələrə son ödənişləri ilə bağlı xatırlatma edib” – universitetin sözçüsü belə söyləyir.

O, təhsil haqqının iki gün içində ödənilməsi haqda iddianın düzgün olmadığını vurğulayır. Elnarə Məmmədovanın dediyinə görə, universitetdə tələbələrin durumları nəzərə alınaraq təhsil haqlarının güzəştli ödənilməsi üçün şərait yaradılır, onlar illik ödənişi aybaay və ya 3 aydan bir də ödəyə bilərlər.

Təhsil Nazirliyi hələlik baş verənlərə münasibət bildirməyib. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi