UNEC-ə qarşı SƏRT İTTİHAM : "Universitetin rektoru təkəbbür nümayiş etdirir" - VİDEO
“İqtisad Universiteti sadəcə reklam xarakterli tədbirlərə meyillidir və bu, ürəkaçan hal deyil”.
Faktinfo.az bildirir ki, bu sözləri İqtisad Universitetində baş verən son islahatlardan sonra yaranan narazılıqların səbəblərini və ümumilikdə universitetin fəalliyətini şərh edən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, İqtisad üzrə elmlər doktoru Elşad Məmmədov Yenicag.az-a müsahibəsində deyib.
Onun gözlərinə görə, son islahatların gözləntiləri doğrultmaması təəssüf doğurur. Çünki idarəetmə yanaşması universitetin fəaliyyətini doğru istiqamətə aparmır:
“Problemlərin vaxtında həll olunmaması Azərbaycanda iqtisadiyyat elminin inkişafına mənfi təsir göstərə bilər. Universitetdə ixtisasların təsnifatı ilə bağlı ciddi problemlər var. Belə ki, iqtisadi təhsili təşkil etmək məcburiyyətində olan universitetin bu istiqamət üzrə ixtisasları mövcud deyil”.
Faktinfo.az Yenicag.az-a istinadla videomüsahibənin tam versiyasını təqdim edir:
Qeyd edək ki, UNEC-in professoru Elşad Məmmədovun irəli sürdüyü ittihamlarla bağlı İqtisad Universitetinin mövqeyini dərc etməyə hazırıq.
Mövzunu diqqətdə saxlayacağıq.
Bu xəbər üçün şərh yazın