Universitetdə qanunsuzluqlar üzə çıxdı –Palata yoxlama materialını yaydı
Hesablama Palatası Azərbaycan Texniki Universitetində qanun pozuntuları aşkarlayıb.
Bu barədə Hesablama Palatasından verilən məlumata görə, auditə əsasən, 2015-2016-ci illərdə tələbələrin təhsil haqqının uçotu müvafiq qaydada aparılmayıb.
Audit dövrünün əvvəlinə Azərbaycan Texniki Universitetində ödənişli əsaslarla təhsil alan tələbələr üzrə təhsil haqqına görə ödənilməmiş 75,8 min manat və 13,6 min ABŞ dolları borc məbləği, audit dövrünün sonuna isə müvafiq olaraq 363,9 min manat və 36,8 min dollar borc məbləği mühasibat uçotunda debitor borc kimi əks etdirilməyib, dövlət sifarişi ilə təhsil alan, lakin müxtəlif səbəblərdən universitetin tələbələri sırasından xaric edilmiş tələbələr üzrə təhsil haqqı dövlət büdcəsinə qaytarılmayıb.
Universitet tərəfindən bəzi hallarda "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nın tələblərinə əməl olunmayaraq elmi dərəcəsi olmayan müəllim və assistentlərə mühazirə saatları verilib, şöbə və kafedralarda normadan artıq laborant ştatları saxlanılıb.
Bundan başqa, "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası"nın tələblərinə əməl edilməyərək Azərbaycan vətəndaşı olmayan tələbələrə təqaüd ödənilib
Bu xəbər üçün şərh yazın